Baş xəbərDünya

Nobel mükafatı laureatı türk iqtisadçı ABŞ seçkilərində kimi dəstəklədiyini açıqlayıb

Nobel mükafatlı türk iqtisadçı Daron Acemoğlu da daxil olmaqla 23 Nobel iqtisadçısı ABŞ seçkilərində Kamala Harrisi dəstəklədiklərini açıqlayıb.

ABŞ-da seçki yarışı günü-gündən qızışır…

Seçki günü yaxınlaşdıqca namizədlərin tərəfdarları siyasi yarışda fəal iştirak etməyə başlayıblar.

İş o yerə çatıb ki, ABŞ-ın keçmiş prezidenti və Respublikaçı namizəd Donald Trampın ən böyük dəstəkçisi İlon Mask kampaniyanı təkbaşına idarə etməyə gəlib.

Demokratların namizədi ABŞ-ın vitse-prezidenti Kamala Harrisə bir çox milyarder və məşhurlar dəstək verib.

NOBEL MÜKAFATLI İQTİSADİYYATÇILAR HARRISİ DƏSTƏKLƏYİR

Seçki yarışı davam edərkən daha bir məşhur qrup kimi dəstəklədiyini açıqladı.

Nobel mükafatlı türk iqtisadçı Daron Acemoğlu da daxil olmaqla 23 Nobel iqtisadçısı ABŞ seçkilərində tərəflərini açıqladı.

İqtisadçılar məktub imzalayaraq Demokrat namizəd Kamala Harrisi dəstəklədiklərini açıqlayıblar.

ACEMOĞLUDAN HARRISƏ DƏSTƏK MESAJI

Bu xəbəri sosial media hesabından açıqlayan Daron Acemoğlu, “Mən və 22 Nobel iqtisadçısı Kamala Harrisin prezident olmasını dəstəkləyən məktub imzaladıq. “Biz Harrisin siyasətinin daha güclü iqtisadi göstəricilərə, daha dayanıqlı, daha ədalətli iqtisadi artıma gətirib çıxaracağına inanırıq” deyib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ-ın İran əməliyyatına çəkilən xərclər gələcəkdə dəfələrlə geri qaytarılacaq

Aynur Camal

Putin: Rusiya 3 metrdən qalın buzları yaracaq yeni buzqıran gəmi inşa edir

Aynur Camal

Putin Rusiya ordusunun sayını artırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu