19 C
Baku
8 Sentyabr 2024, 3:40
Baş xəbərHadisə

Norveçdə güclü yağış səbəbindən dəmir yolu körpüsü uçdu

Bugun.tv xəbər verir ki, Norveçin cənub-şərqində Laagen çayı üzərindəki dəmir yolu körpüsü güclü yağışlar səbəbindən uçub.

Ölkənin dəmir yolu infrastrukturuna məsul olan BaneNOR şirkətinin açıqlamasına görə, Laagen çayı üzərindəki polad dəmir yolu körpüsü leysan yağışlardan sonra suyun səviyyəsinin qalxması nəticəsində çöküb.

Qurumun rəsmisi Eivind Bjurstrom 1957-ci ildə tikilmiş körpünün dəymiş ziyanını araşdırarkən heç bir canlıya zərər verilmədiyini qeyd edib.

Xatırladaq ki, 172,5 metr uzunluğundakı körpü uçma riskinə qarşı bir həftə əvvəl istifadəyə verilib.

Norveçin cənubunda yerləşən Braskereidfoss Su Elektrik Stansiyası avqustun 10-da ölkədə təsirli olan “Hans fırtınası”nın yaratdığı güclü yağış, torpaq sürüşməsi və daşqınlar səbəbindən qismən dağılıb.

“Hans” qasırğası səbəbindən Norveçin cənubunda 5 mindən çox insan təxliyə edilib.

Ölkədə daşqınlara səbəb olan fırtına nəqliyyatın hərəkətini dayandırıb və elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Teymur Əziz

Oxşar xəbərlər

Molla rejiminin uğursuz iqtisadiyyatı

Aynur Camal

DSX-nin rəis müavini quru sərhədlərindən danışdı

Aynur Camal

“Hall Siti” öz meydanında “Roterhem Yunayted”i məğlub etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu