Dünya

Norveçdə iqlim dəyişikliyi içməli su probleminə səbəb oldu

Bugun.tv xəbər verir ki, Norveçin Şpisbergen arxipelaqında yerləşən Lonqyir şəhərində içməli suyun çirklənməsi səbəbindən sakinlərə kran suyunu içməmək tövsiyə olunub.

The Guardian nəşrinin məlumatına görə, problemin əsas səbəblərindən biri ərazidə iqlim dəyişikliyi nəticəsində daimi donuşluq qatının əriməsidir. Torpağın əriməsi süxurlardakı bəzi maddələrin su mənbələrinə qarışmasına şərait yaradır.

Araşdırmalar zamanı içməli suda manqan səviyyəsinin tövsiyə olunan təhlükəsiz həddən 25 dəfə yüksək olduğu müəyyən edilib. Sonrakı yoxlamalarda sulfat və nikel səviyyələri ilə bağlı da narahatlıq doğuran göstəricilər aşkarlanıb.

Lonqyir Arktikada yerləşir və dünyada temperaturun sürətlə yüksəldiyi ərazilərdən biri hesab olunur. İqlim dəyişiklikləri burada yalnız buzlaqların əriməsinə deyil, həm də su ehtiyatlarının keyfiyyətinə təsir göstərir.

Problemin həlli üçün alternativ su təchizatı sistemlərinin yaradılması və suyun təmizlənməsi imkanları nəzərdən keçirilir. Lakin sərt iqlim şəraiti və yüksək xərclər bu işləri çətinləşdirir.

Mütəxəssislər həmçinin hesab edirlər ki, Arktikada yaranan bu vəziyyət iqlim dəyişikliyinin insan sağlamlığına və gündəlik həyata təsirlərini göstərən ciddi nümunədir.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Dünyanın biomüxtəlifliyini qorumaq üçün vədlər yerinə yetirilmir

Aynur Camal

Milanda etirazlardan sonra 200-dən çox insan saxlanıldı

Aynur Camal

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu