Digər

Norveçdə Viking dövrünə aid nəhəng xəzinə tapıldı: gümüş “sel kimi” axdı

Arxeoloqlar Norveç ərazisində Viking dövrünə aid indiyədək ən böyük sikkə xəzinəsini aşkar ediblər. Tapıntı tarixçiləri heyrətləndirib və bölgənin orta əsr ticarət şəbəkələri barədə mühüm məlumatlar ortaya çıxarıb.

Xəzinə Rena yaxınlığında, bir tarlada metal detektor istifadə edən iki həvəskar tərəfindən aşkar edilib. “Mørstad xəzinəsi” adlandırılan bu tapıntı təxminən 3 minə yaxın gümüş sikkə və gümüş parçalarından ibarətdir.

Məlumata görə, bu, Norveçdə indiyədək tapılan ən böyük Viking dövrü sikkə kolleksiyasıdır. Tapıntının çox yaxşı qorunması arxeoloqları xüsusilə təəccübləndirib.

Sikkələr arasında Æthelred II və Knut Böyük dövrünə aid İngiltərə sikkələri ilə yanaşı Almaniya, Danimarka və erkən Norveç pulları da var. Sikkələrin 980–1040-cı illərə aid olduğu və xəzinənin təxminən 1048-ci ildə gizlədildiyi ehtimal olunur.

Arxeoloqlar bildirirlər ki, bu tapıntı Viking dövründə Skandinaviya regionunun geniş ticarət əlaqələrini və iqtisadi gücünü göstərən nadir nümunələrdən biridir.

Mütəxəssislər xəzinənin niyə tarlada gizlədildiyini araşdırır. İlkin ehtimallara görə, bölgədə inkişaf edən dəmir istehsalı və ticarət fəaliyyəti bu sərvətin toplanmasında mühüm rol oynayıb.

Mənbə: TGRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: “Körfəz ölkələrinin İrana münasibəti düşmənçilik xarakteri daşıyır”

Aynur Camal

Süni intellekt fizikada yeni qanunauyğunluqlar aşkar edib

Aynur Camal

Alimlər superkeçiricilərdə “kvant rəqsi” aşkar etdilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu