noyabr səma hadisələri, meteor yağışları, Şimal Tauridləri, Leonidlər meteor yağışı, Mars və Yupiter, superay 2026, Voyager 1, NASA astronomiya xəbərləri
Dünya

Noyabrda meteor yağışları, Mars və Yupiterin yaxınlaşması, superay müşahidə olunacaq

Noyabr ayı astronomiya həvəskarları üçün bir sıra maraqlı səma hadisələri ilə zəngin olacaq. Ay ərzində bir neçə meteor yağışı, Mars və Yupiterin səmada yaxın görünməsi, eləcə də superay müşahidə edilə bilər. NASA-nın “Jet Propulsion Laboratory” (JPL) laboratoriyası bu ayın astronomik təqvimində daha bir mühüm hadisəni – “Voyager 1” kosmik aparatının Yerdən bir işıq günü məsafəsinə çatmasını da qeyd edib.

Bugun.Tv xəbər verir ki, bu barədə “ScienceDaily” nəşri NASA JPL-in məlumatlarına istinadən yazıb.

Meteor yağışları və planetlərin yaxınlaşması

Noyabrın 5-i ətrafında Cənub Tauridləri meteor yağışının maksimum fəallıq dövrü olub. Şimal Tauridlərinin isə noyabrın 12-si ətrafında müşahidə edilməsi gözlənilir. Əlverişli şəraitdə bu meteor yağışı saatda təxminən beş meteor göstərə bilər. Noyabrın 17–18-də isə Leonidlər meteor yağışını izləmək mümkün olacaq. İdeal şəraitdə saatda 15 meteor görünə bilər. Daha yaxşı müşahidə üçün şəhər işıqlarından uzaq, qaranlıq ərazilərə üstünlük verilməsi tövsiyə olunur.

Noyabrın 15–16-da səhər gün doğmazdan əvvəl Mars və Yupiter səmada bir-birinə yaxın görünəcək. Planetlər arasındakı görünən məsafə təxminən 1,2 dərəcə olacaq. Bu hadisəni teleskopsuz, adi gözlə də izləmək mümkün olacaq.

Superay və “Voyager 1”in tarixi mərhələsi

Noyabrın 24-də tam superay müşahidə ediləcək. Bu hadisə Ayın Yerə nisbətən yaxın mövqedə olduğu vaxt tam Ay fazasına düşməsi nəticəsində baş verir. NASA bildirir ki, noyabr superayı dekabr və yanvar aylarında davam edəcək üç ardıcıl superay dövrünün ilkidir.

Bundan başqa, noyabrın 17-də “Voyager 1” kosmik aparatının Yerdən bir işıq günü məsafəsinə çatması ilə bağlı tarixi mərhələ qeyd olunacaq. Bu məsafədə Yer ilə aparat arasında radio siqnalının bir istiqamətdə ötürülməsi təxminən 24 saat çəkir. NASA həmin günü “Shine Bright for Voyager’s Light-Day” adlı təşəbbüslə qeyd etməyi planlaşdırır.

Mənbə: ScienceDaily

Aynur Camal

Oxşar xəbərlər

Alimlər bakteriyalarla mübarizə aparan, elektrik enerjisi yaradan diş fırçası hazırlayıblar

Aynur Camal

Rusiya və ABŞ avtonom silahlarla bağlı beynəlxalq qaydaların qəbuluna qarşı çıxır

Aynur Camal

24 saat işləyən robotlardan ikisi sınaqdan keçə bilmədi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu