Image default
Mədəniyyət

Esra Gezgincinin Azərbaycanla bağlı proqramı bu həftə ekranlarda – VİDEO

Türkiyənin ən məşhur televiziyalarından olan NTV kanalı Azərbaycanın mədəni irsini, tarixini, dünəni, bu gününü özündə əks etdirən geniş və maraqlı veriliş ərsəyə gətirib.

Bugun tv-yə bu barədə Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Selçuk Karakılıç məlumat verib. O, bildirib ki, ssenari müəllifi və aparıcısı olan tanınmış aparıcı Esra Gezgincinin  verilişi bu dəfə “Atəşin və rüzgarın ölkəsi qəhrəmalar yurdu Qardaş Azərbaycanda… Dağın-daşın yandığı Abşeron yarımadasından, tarixi və modern memarlığı ilə bir nağılı xatırladan Bakıda… Dünyanın ilk açıq dəniz neft platformasından, türk dünyasının paytaxtı Şuşaya qədər uzanan gözəl bir yolculuq”la yadda qalacaq.

Paytaxt Bakıdan başlayan çəkiliş daha sonra Azərbaycanın digər bölgələrində də davam etdirilib. Qarabağa səfər təşkil olunub.

Məşhur aparıcı Esra Gezginci, verilişdə işğaldan azad olunan rayonlarımız haqda da danışıb, Şuşanın nədən önəmli olması barədə NTV izləyicilərinə ətraflı məlumat verib.

Səlçuk Karakılıçın sözlərinə görə 1 ay ərzində çəkilən Əsrarəngiz Azərbaycan  çox möhtəşəm görüntülərlə noyabrın 27-də Türkiyənin NTV kanalıda yayımlanacaq.

Bugün TV

Oxşar xəbərlər

1965-ci ildə yazılmış və indiyədək yayımlanmayan David Bowie mahnıları işıq üzü görəcək

Aynur Camal

“Qızıl Melodiya” mükafatlarının ilin ən yaxşı albomu öz yerini tapdı

Aynur Camal

Yeni “Pyotr” əvvəlkilərdən nə ilə fərqlənəcək? “İmperiyanın doğuluşu” filmi təqdim olunub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu