Kriminal

Prokurorluq Gədəbəydəki qətlin təfərrüatını açıqladı

Prokurorluq Gədəbəydə atasını döyərək öldürən şəxslə bağlı məlumat yayıb.

Gədəbəy Rayon Prokurorluğundan Bugun.tv-yə verilən xəbərə görə, noyabrın 23-ü saat 01 radələrində Gədəbəy rayonu Düzyurd kənd sakini 1959-cu il təvəllüdlü Vaqif Cəfərovun xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla Vaqif Cəfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı arvadı Mehri Cəfərovaya bıçaqla daxilə nüfuz etməyən xəsarətlər yetirməsinə, həmin vaxt hadisə yerinə gəlmiş oğlu Asəf Cəfərovun onu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Asəf Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Nigar Məmmədova

Oxşar xəbərlər

Paytaxtda külli miqdarda narkotik və psixotrop maddə gətirmək istəyən İran vətəndaşı saxlanıldı

Kəmalə Sultan

Anadan oğluna “patı” sovqatı

Aynur Əfəndi Zadə

Yasamalda oğurluq əməli törədənlər yaxalandı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu