25 C
Baku
27 İyul 2024, 4:13
Dünya

Nyu Yorku Dublinə birləşdirən sirli portal açılıb

Bir-birindən 5 min kilometr uzaqlıqda olan Dublin və Nyu-Yorkda insanlar arasında real vaxt rejimində əlaqə yaratmağa imkan verən portal açıldı.

Atlantik okeanının iki fərqli nöqtəsində Nyu-York və Dublini onlayn birləşdirən “Portal” adlı yüksək texnologiyalı heykəllər açılıb.

İki ölkə arasındakı həyatı 24/7 canlı yayımlayaraq virtual körpü yaradan heykəl zamansız və yenilikçi ideyası ilə diqqət çəkib.

New York City Portal Beşinci Avenyudakı Flatiron Binasının qarşısında, Dublin portalı isə O’Connell Street-də yerləşir.

Portalı litvalı rəssam Benediktas Gylys hazırlayıb. Gylys özünün yüksək texnologiyalı heykəltəraşlığını “Portallar insanları sərhədləri aşaraq görüşməyə dəvət edir və bizə dünyamızı birləşmiş və həqiqətən olduğu kimi yaşamağa imkan verir” kimi təqdim etdi.

Gylys, Portalı ictimai interaktiv incəsənət instalyasiyası kimi şəhərə gətirməkdən çox həyəcanlı olduğunu bildirdi və əlavə etdi: “Biz küçələrimizin canlılığını nümayiş etdiririk və Nyu Yorklular və Dublinlilər arasında yeni bir insan əlaqə nöqtəsi təklif edirik.”

Önümüzdəki aylarda hər iki şəhərdə mədəni tamaşaları paylaşmaq üçün sinxron proqramlar təşkil olunacaq.

Portal elm və texnologiyadan istifadə edərək dünyanın hər yerindən insanları bir araya gətirən yeni heykəltəraşlıq formasını təqdim edir.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Həmas evdə gizlənən İsrail əsgərlərini vurdu: Ölənlər və yaralılar var!

Aynur Camal

Günəş partlayışı baş verib

Nigar Məmmədova

ABŞ-dan İrana tələb: “Öz xalqınızı öldürməyi dayandırın”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu