Niderland, qaçaqmalçılıq, nadir tısbağalar, Vallarta tısbağası, Schiphol hava limanı, heyvanların qorunması, Meksika, ekologiya
Dünya

Nəsli kəsilmək təhlükəsində olan 26 tısbağa xilas edildi

Niderlandın Schiphol hava limanında Meksikadan qaçaqmalçılıq yolu ilə aparılan, nəsli kəsilmək təhlükəsi ilə üzləşən 26 Vallarta palçıq tısbağası aşkarlanıb.

Bugun.tv xəbər verir ki, tısbağalar Honkonqa səfər edən şəxsin qeydiyyata verilmiş baqajında gizlədilib. Niderlandın Qida və İstehlak Məhsullarının Təhlükəsizliyi İdarəsi hadisə ilə bağlı məlumat yayıb. Şübhəli şəxs saxlanılıb, araşdırma davam edir.

Məlumata əsasən, heyvanların əksəriyyəti hərəkət etməmələri üçün yapışqan lentlə sarınaraq oyuncaq avtomobilin də olduğu qutuya yerləşdirilib. Bir neçə tısbağa isə bağlı corabın içərisində gizlədilib.

Xilas edilən heyvanların hamısının sağ qaldığı və xüsusi heyvan xilasetmə mərkəzinə aparıldığı bildirilir.

Vallarta palçıq tısbağaları dünyanın ən kiçik tısbağa növlərindən sayılır. Meksikada onların təbiətdə cəmi 300-ə yaxın fərdinin qaldığı ehtimal edilir. Bu növün qara bazarda bir fərdinin qiyməti 30 min dollara qədər çata bilər.

Mənbə:  Reuters

Aynur Camal

Oxşar xəbərlər

Kitablara “Süni intellektdən istifadə edilmədən hazırlanıb” etiketi vurulması təklif olunur

Aynur Camal

3 600 illik mumiyaların üzərində qədim pendir qalıqları aşkarlandı

Aynur Camal

Fillər milçəkləri qovmaq üçün budaqlardan istifadə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu