Dünya

O, dincəlmək üçün təyyarənin kabin baqajını seçib və onu görənlər heyrətlənib

TikTok sosial media platformasında yayılan video viral hal alıb. Bir qadın təyyarədə dincəlmək üçün kabin baqajını seçib və həmin anlar digər sərnişinlər tərəfindən lentə alınıb.

Son zamanların ən çox istifadə edilən sosial media platforması olan TikTok-da yayılan video görənləri təəccübləndirməyi bacarıb. Sosial şəbəkələrdə yayılan videoda bir qadının təyyarənin kabin baqajında ​​uzanaraq yatdığı görülüb. Həmin anlar təyyarənin digər sərnişinləri tərəfindən lentə alınıb.

Sosial mediada yayılan görüntülərə şərh yazan bəzi istifadəçilər, kabin heyətinin uzun uçuşlarda da eyni taktikadan istifadə etdiyini iddia edib. Bəzi sosial şəbəkə istifadəçiləri qadının ora necə gəldiyini sorğulayıb. Görüntülərə lağ edənlərdən biri deyib: “Cənub-Qərb sizə öz oturacağınızı seçmək imkanı verir” şərh etdi.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

“Hindistan 12 il ərzində 496 milyon insanı yoxsulluqdan çıxarıb”

Aynur Camal

Noyabrda meteor yağışları, Mars və Yupiterin yaxınlaşması, superay müşahidə olunacaq

Aynur Camal

Alimlər bakteriyalarla mübarizə aparan, elektrik enerjisi yaradan diş fırçası hazırlayıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu