Digər

Putini təəccübləndirəcək etiraz: Onlar qışqırdılar

Polşanın paytaxtı Varşavada ukraynalı fəallar qışqıraraq Rusiyanın hücumlarına etiraz ediblər.

9 May Qələbə Günü İkinci Dünya Müharibəsində faşist Almaniyası üzərində qazanılan qələbəyə görə Polşada da qeyd olunub. Varşavada keçirilən mərasimdə Rusiyanın işğalı altında olan Ukrayna şəhərlərinin adları yazılmış köynəklər geyinən ukraynalı fəallar maraqlı etiraz aksiyası keçiriblər. Ukraynalı fəallar qışqıraraq etiraz aksiyası keçiriblər.

Mərasimə qatılan Ukrayna vətəndaşları Rusiyanın Varşavadakı səfiri Sergey Andreyevə “Terrorçular, faşistlər” şüarları ilə reaksiya veriblər. Nümayəndə heyəti ilə məqbərəyə gedən Andreyevi Polşa Cəbhəsi adlı siyasi hərəkatın üzvləri müşayiət edib.

Paytaxtda keçirilən mərasimdə Rusiya bayrağını daşıyan Polşa vətəndaşları “Ukropolinə yox”, “Rusiya ilə müharibəyə yox”, “Bizi Rusiyaya yedizdirməyə çalışan mühacirlərdən bezmişik”, “Ukrayna yox olacaq. ABŞ-ın imperiya planları, “Slavyanlar İttifaqı” və “Qərb 1945-ci ildə bizdən istifadə edirdi, indi də bizdən öz məqsədləri üçün istifadə edirlər”.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Paltar qurutmağa görə 1500 avro cərimə tətbiq ediləcək

Aynur Camal

Fransız deputatdan Eurovision boykotu çağırışı: İsrailə görə yayım dayandırılsın

Aynur Camal

Spotify süni intellekt məzmununu ayırmaq üçün “təsdiq işarəsi” tətbiq edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu