İngiltərədən dənizə atılan butulkada gizlədilən qeyd onilliklər sonra Norveçdə sahilə düşüb. Şüşəni illər sonra təsadüfən tapan gənc qız içindəki mesajı oxuduqdan sonra hərəkətə keçib.
14 yaşlı Hedda Traa Haukom Norveçin cənubundakı Agder qraflığının Ny-Hellesund kəndində ailəsi ilə vaxt keçirərkən qayaların arasında köhnə bir şüşə görüb. Haukom şüşəni götürdü və içində bir qeyd olduğunu gördü. Qeyddə butulkanın İngiltərənin Bolton şəhərindəki məktəbdən göndərildiyi bildirilir. Tam qeyd aşağıdakı kimidir:
“Kim bunu taparsa, lütfən, şüşəni Bolton County Grammar School, Bolton, Lancashire, İngiltərə, qaytarın. Onlar əvəzində bir funt və ya ekvivalent fransız frankı alacaqlar. Təşəkkür edirəm!”
News Topic xəbər saytının məlumatına görə, şüşənin Bolton County Grammar School-dan tələbələr və müəllimlər tərəfindən Fransaya məktəb səfəri zamanı dənizə atıldığı düşünülür. Məktəbin 1982-ci ildə adını dəyişdiyi məlumdur.
Ona görə də mesajın ən azı 42 il 3 aylıq olduğu düşünülür.
Şüşəni tapdığı məqama toxunan Haukom, “Şüşəni sahildən təxminən on metr aralıda bir qayanın altında tapdıq. İçində bir kağız parçası vardı. Şüşə olduqca köhnə göründüyü üçün onu açıb mesajı oxumağa qərar verdik. Mesajı yazan şəxsi tapmaq və bütün bu illərdən sonra mesajın harada bitdiyini söyləmək çox əyləncəli olardı” deyib.
Mənbə: TgrtHaber