Baş xəbərDünya

O, ticarət mərkəzinin 12-ci mərtəbəsindən özünü atdı! Yoldan keçən qadının üstünə düşdü

Yaponiyada ticarət mərkəzinin terrasından tullanan orta məktəb şagirdi küçədə yoldan keçən şəxsin üzərinə yıxılıb. Hadisə nəticəsində həm orta məktəb şagirdi, həm də yoldan keçən piyada dünyasını dəyişib.

Yaponiyanın Yokohama şəhərində ticarət mərkəzinin 12-ci mərtəbəsindəki terrasdan tullanan 17 yaşlı orta məktəb şagirdi həmin vaxt yolda gedən 32 yaşlı qadının üzərinə yıxılıb. Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə çoxlu polis və sağlamlıq qrupları sövq edilib.

Hadisə zamanı ağır yaralanan iki nəfər xəstəxanaya aparılıb.

Bildirilib ki, intihar edən gənc və piyada xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Deputat Sevinc Hüseynova Gədəbəydə vətəndaş qəbulu keçirdi

Aynur Camal

Yazıçı-publisist Aydın Tağıyevin yeni kitabının təqdimatı keçirildi

Aynur Camal

Çində yeni problem: süni intellektlə hazırlanmış saxta fəlakət videoları yayılır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu