25 C
Baku
23 Sentyabr 2026, 23:18
Baş xəbərDünya

“OBA”-dan açıqlama:”Heç bir mağazamızda qaz təsərrüfatına aid avadanlıqlardan istifadə edilmir”

Bu gün səhər saatlarında Binə qəsəbəsindəki fərdi yaşayış evinin birinci mərtəbəsində “Oba” marketlər şəbəkəsi tərəfindən icarəyə götürülən “Binə 3” mağazasında partlayış baş verib.

Bugun.tv-yə daxil olan məlumata əsasən, hadisə nəticəsində iki “OBA” əməkdaşı və mağazanın yaxınlığından keçən bir vətəndaş xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxşdir. Hazırda marketlər şəbəkəsinin aidiyyəti struktur rəhbərləri xəsarət alanların yanındadırlar, onların sağlamlıqlarının bərpası üçün bütün vacib addımlar atılmaqdadır.

Qeyd edək ki, “OBA” marketlər şəbəkəsinin heç bir mağazasında təbii qaz təsərrüfatına aid olan avadanlıqdan istifadə edilmir. Partlayışın hansı səbəbdən baş verməsi ilə bağlı daha dəqiq məlumat aidiyyəti dövlət qurumlarının rəsmi rəyindən sonra məlum olacaq.

Xəsarət alanlara Allahdan şəfa diləyirik.

“OBA” Marketlər Şəbəkəsi

Aynur Camal

Oxşar xəbərlər

Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul etdi

Aynur Camal

AB qarşıdakı 10 ildə 50 min peykin buraxılacağını gözləyir

Aynur Camal

Britaniya Rusiyanın NATO-ya hücum planı barədə məlumatı olmadığını açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu