Bugun.tv xəbər verir ki, ABŞ-ın Florida ştatında Atlantik okeanı sahillərində kiçik qayıqla itən 25 yaşlı yeniyetmə təxminən 35 saatdan sonra sahil mühafizəsi tərəfindən xilas edilib.
Belə ki, amerikalı Çarlz Qreqori cümə günü səhər öz kiçik qayığı ilə Atlantik Okeanına üzüb və axşam geri qayıtmayıb.
Axtarışlara başlayan sahil mühafizəsi Florida sahillərində Atlantik okeanı yaxınlığında havada və dənizdə axtarış əməliyyatları zamanı onu yarısulu vəziyyətdə qayıqda sağ tapıb.
Həkimlər Qriqorinin uzun müddət suda olmasına baxmayaraq heç bir müalicəyə ehtiyacı olmadığını açıqlayıb.
Gəncin dənizdə aşkarlanaraq xilas edilməsi anları sahil mühafizəsinin kamerasında əks olunub.