Daxili İşlər Nazirliyi məlumat yaydı
Baş xəbərKriminal

Ölkədə 46 ədəd kultivasiya edilmiş çətənə kolu aşkar edildi 

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş 2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər keçirilib. Əməliyyat çərçivəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Seyidsadıqlı kənd sakini Vaqif Səmədov saxlanılıb.

Ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilib. Baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş 46 ədəd çətənə kolu, eləcə də təmiz çəkisi 910 qram marixuana aşkar olunaraq götürülüb.

RPŞ-nin əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat-axtarış tədbirləri keçirilib. Əməliyyat nəticəsində isə rayon ərazisində yerləşən beş fərdi yaşayış evindən məişət əşyaları və avadanlıqları, həmçinin ərzaq məmulatları və ev quşu oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini Babakişi Babayev saxlanılıb.

Dindirilmə zamanı B.Babayev törətdiyi oğurluq faktlarını etiraf edib. O, ələ keçirdiyi əşya və avadanlıqları dəyərindən ucuz qiymətə satdığını, əldə etdiyi pulları isə xərclədiyini bildirib.

Faktlarla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Ceyhun Məmmədov Ərdəbildən paylaşım edib: Şah İsmayıl Xətainin irsi ortaq sərvətimizdir

Aynur Camal

Məhəmməd Əsədullazadə: Rusiya Azərbaycanla münasibətləri qarşılıqlı hörmət əsasında inkişaf etdirməlidir

Aynur Camal

Vüqar Bayramov: Keçmiş məcburi köçkünlərə 3 il müddətində müavinət ödəniləcək, mənzillərinə çıxarış veriləcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu