11 C
Baku
21 Mart 2023, 0:11
Baş xəbərDünya

Ölkəmizə Ukraynadan gələn süd məhsullarının ixracı artıb

Yerli mətbuat xəbər verir ki, Ukrayna Azərbaycana süd məhsullarının ixracını artırıb.

“Ukrayna Aqrar Biznes Klubu” Assosiasiyası məlumatına əsasən, 2023-cü ilin fevral ayında 3,8 milyon dollar məbləğində 786 min ton ixrac edilib. Ötən ay ən çox Ukrayna pendiri idxal edən ölkələr Qazaxıstan (59,8%), Moldova (19,7%), İordaniya (5,3%), Azərbaycan (4,7%) olub.

Qeyd edilir ki, Ukrayna ümumilikdə süd məhsullarının ixracını iki dəfə artırıb. Ölkə 2023-cü ildə keçən ilin eyni dövrü ilə müqayisədə 55% çox süd məhsulları ixrac edib. Yanvar-fevral aylarında 16,4 min ton süd məhsulları ixrac olunub.

Təkcə son iki ayda 1,3 min ton məhsul ixrac edilib ki, bu da əvvəlki ilə müqayisədə 49 faiz çoxdur.

Oxşar xəbərlər

Elmdə inqilab edən azərbaycanlı alim

Aynur Camal

DSX-nin rəis müavini quru sərhədlərindən danışdı

Aynur Camal

Azərbaycan prezidenti sosial media üzərindən təbrik ünvanlayıb

Aynur Camal

Şərh yazın