25 C
Baku
27 İyul 2024, 3:51
Dünya

Ölkəni qarışdıran yemək qadağası!

Milanda İtaliyanın məşhur yeməkləri pizza və dondurma kimi paketli yeməklərin satışının qadağan ediləcəyi açıqlanıb. İctimaiyyət bu qadağanın səbəbini anlaya bilməyib, mer müavini açıqlama verib.

 İtaliyanın Milan şəhərində ölkənin məşhur yeməklərinə qadağa qərarı müzakirə edilir.

Dondurma və pizza kimi yeməklərin satışının qadağan ediləcəyi ilə bağlı açıqlama reaksiyalara səbəb olub. Qanun layihəsi parlamentdən keçərsə, qüvvəyə minəcək.

İtalyanlar bu qanun layihəsinə reaksiya verirlər, qadağanın səbəbinin başa düşülmədiyi və bunun gərəksiz bir məhdudiyyət olduğu bildirilir. Sosial şəbəkələrdə reaksiyalarını bildirən insanlar həyat tərzlərinə müdaxilə edildiyini, hətta adət-ənənələrinə belə müdaxilə edildiyini iddia ediblər. Merin müavini Marko Qranelli, “Məqsədimiz sosiallaşma və əyləncə ilə şəhər sakinlərinin sülh və əmin-amanlığı arasında tarazlıq yaratmaqdır” dedi.

Qadağa yekunlaşarsa, noyabr ayına qədər davam edəcəyi gözlənilir.

Şəhər rəsmiləri Milanın aktiv gecə həyatının bir çox şəhər sakinlərinin yatmasına mane olması ilə bağlı çoxsaylı şikayətlər aldıqlarını bildirdilər.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Festivalda tamaşaçıların üzərinə raket düşdü! Çoxlu yaralı var

Kəmalə Sultan

Keçmiş prezidentə 8 illik siyasət qadağası qoyuldu!

Kəmalə Sultan

Beyin çipinin analoqunu yaradılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu