Yüz il əvvəl amerikalı həkim Duncan McDougall elmi metodlarla ruhun varlığını sübut etməyə çalışdı. Bunun üçün o, həyatlarını itirmək üzrə olan insanların çarpayılarını tərəziyə qoyub. Ölümdən bir qədər əvvəl və qısa müddət sonra onları tərəzi ilə çəkdi. Orta hesabla mərhumun çəkisi 21 qram az olub. Bundan McDougall belə nəticəyə gəldi ki, ölümdən sonra ruh bədəni tərk etdiyinə görə, onun çəkisi düz 21 qram olmalıdır. Amma onun bu nəticəsi mütəxəssislər tərəfindən təsdiqlənmədi. Onlar bu araşdırmanın sadəcə 6 nəfərlə aparıldığını iddia edərək ruhun varlığını rədd etdilər. Bəs, ölümdən sonra nə baş verir ?
Tunelin sonunda işığı gördüm. Hər il minlərlə insan ölümün astanasından qayıdır və yaşadıqlarını bu cür izah edir. Onların hamısı “ölümə yaxın təcrübələrini” danışır. Hər kəsin marağına səbəb olan isə bu hekayələrin oxşarlığıdır. Sizə insanın öləndən sonra nə yaşadığını anlatmaq üçün şahidlərimiz yoxdur, çünki hamısı ölüb. Amma ona yaxınlaşan insanlar var.
Roy Hornun pələngi boynunu dişlədikdən sonra, bir dəqiqəlik kliniki ölüm keçirdi. Bu müddət ərzində isə o, parlaq ağ işıq gördüyünü dedi. Ölümə yaxın araşdırmalar üzrə mütəxəssis olan, Cerard Rot da ölüm ayağından qayıdıb.
Cerard Rot deyir ki, 29 yaşım var idi. Nə işıqlar, nə də siqnallar olmayan dəmiryol keçidinin üstündən keçdim və soldan gələn qatarı görmədim. Məni vurdu, 100 metr sürüklədi və maşınımı əzdi. Bir neçə sümüyüm sınmışdı. Mən hələ avtomobildə olarkən təsvirolunmaz xoşbəxtlik hissi, gözümün önündən keçən xatirələr və tünelin sonunda işıq görürdüm. Bu çox qorxulu olsa da, inanılmaz xoşbəxtlik hissi qəribə idi. Bunu hər gün yaşamırsız.
İnsanların təxminən 5%-i bu təcrübəni yaşayıb. Onların 70% tuneli gördüyünü bildirir.
“Tunelin sonunda parlaq bir görüntü, işıq var və bunun bir növ dünyalar arasında yol olduğu düşünülür. Sanki tuneldən və ya körpünün üstündən harasa gedirsən”,- Cerard Rot deyir.
Bu təcrübəni yaşayan insanların hamısı tunelin onları başqa dünyaya aparacağını düşünür. Yaşamayanlar isə…
Filosof Nikil Mukerji deyir ki, bunun tunel olduğunu demək artıq bir şərhdir. Düşünürəm ki, bu, insanların dilində də əksini tapıb: tunelin sonunda işıq var.
Elm adamları bunun səbəbini oksigen çatışmazlığında görür.
Psixoloq Şarlot Martial qeyd edir ki, fərziyyə bunun anoksiya ola biləcəyini göstərir. Burada tuneli görməyə səbəb olan başın arxasında oksigen çatışmazlığıdır.
Siçovullar üzərində aparılan təcrübə göstərib ki, ürək dayanmasından sonra təxminən 30 saniyə ərzində beyində sıçrayış olur. Belə ki, oksigen çatışmazlığına baxmayaraq, beyin müvəqqəti olaraq hiperaktiv olur. Bunun insanlarda da belə olduğu düşünülür.
Nikil Mukerji bildirir ki, fizikadan kənarda fövqəltəbii bir reallıq var.Və bizim ruhumuz da bu reallığa aiddir. Digər model isə materialist, naturalist modeldir: şüurumuz sadəcə beynin funksiyalarından biridir.
Elmdə naturalistik izahlı model üstünlük təşkil edir. Beyin olmasa, şüur da olmaz. Beyin ölürsə, ruh da məhv olur. Bəs kliniki ölüm keçirənlərin gördüyü nədir?
“Bir çox insanın belə təcrübələri var, ona görə də onları fantaziya kimi rədd edə bilmərik. Mən bunları elmi olaraq qavraya bilməsəm də, yenə də deyərdim ki, bu ola bilər”,- Nikil Mukerji deyir.
Demək olar ki, hər bir ölümə yaxın təcrübənin izahı var. Amma bu, başqa dünyanın lehinə və ya əleyhinə dəlil sayıla bilməz.