DünyaSiyasət

Oman Hörmüz boğazı ilə bağlı İrana yeni plan təqdim etdi

Oman Hörmüz boğazında gəmiçilik təhlükəsizliyini bərpa etmək məqsədilə İrana yeni regional idarəetmə planı təqdim edib. Körfəz ölkələrinin dəstəklədiyi təklifə əsasən, boğazdan keçən gəmilər üçün məcburi deyil, könüllü ödəniş mexanizminin yaradılması nəzərdə tutulur.

Məlumata görə, təklif həyata keçirilərsə, Hörmüz boğazına nəzarət yalnız İranın əlində olmayacaq. Model Asiyadakı Malakka boğazında tətbiq edilən sistemə bənzəyir. Burada gəmi sahibləri naviqasiya təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və axtarış-xilasetmə xidmətlərinin maliyyələşdirilməsi üçün könüllü ödəniş edirlər.

Bu təşəbbüs ABŞ-ın son günlər İrana qarşı hava zərbələrini müvəqqəti dayandırmasından sonra gündəmə gəlib. Vaşinqton diplomatik həll variantına üstünlük verdiyini açıqlayıb.

ABŞ Prezidenti Donald Tramp da jurnalistlərə açıqlamasında İranla aparılan danışıqların “yaxşı getdiyini” bildirib. Bununla yanaşı, o xəbərdarlıq edib ki, danışıqlar nəticəsiz qalarsa, ABŞ hərbi əməliyyatları yenidən bərpa edə bilər.

İranın xarici işlər naziri Abbas Əraqçi isə Oman və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri ilə Hörmüz boğazındakı vəziyyəti müzakirə edib. Tehran bölgədə sabitliyin təmin olunması və boğazda təhlükəsizliyin bərpası üçün diplomatik əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Analitiklər hesab edirlər ki, tərəflər arasında razılıq əldə olunacağı təqdirdə, bu addım dünya enerji bazarlarında gərginliyi azalda və Hörmüz boğazından beynəlxalq gəmiçiliyin tam bərpasına şərait yarada bilər.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Qəzzada humanitar vəziyyət ağırlaşır: beynəlxalq yardım və diplomatik səylər davam edir

Aynur Camal

Çində yeni problem: süni intellektlə hazırlanmış saxta fəlakət videoları yayılır

Aynur Camal

ABŞ yüzlərlə Boeing 737 MAX təyyarəsinin yoxlanılmasını tələb edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu