25 C
Baku
27 İyul 2024, 4:31
Dünya

Onun ordu haqqında dedikləri Putini qəzəbləndirdi!

Rusiya general-mayoru həbs edilib!

Ötən ilin iyulunda vəzifəsindən azad edilən general-mayor İvan Popov “külli miqdarda dələduzluq” ittihamı ilə həbs edilib. İstintaq çərçivəsində Popov 2 ay müddətinə həbs olunacaq.

Telegram-da paylaşılan və keçmiş general-mayor Popova aid olduğu bildirilən səsli mesajda o, Ukraynadakı əməliyyatda “yüksək itki nisbəti” və “artilleriya dəstəyinin olmaması” ilə bağlı suallar verib.

 Popov səs yazısında “Ya susub qorxaq olmaq, ya da vəziyyəti olduğu kimi danışmaq lazım idi. “Mən qorxaq kimi susmadım, Ukrayna müharibəsi ilə bağlı həqiqəti söylədim” deyən o, əlavə edib: “Sizin adınızdan, həyatını itirən yoldaşlarımın adından yalan danışmağa haqqım yox idi. Ona görə də mən bütün mövcud problemləri ümumiləşdirdim”.

Bundan əlavə, Popov deyib ki, onun işdən çıxarılmasını vətənə xəyanətdə ittiham etdiyi yüksək rütbəli komandirlər tələb edib və Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu təsdiqləyib.

12 il müdafiə naziri vəzifəsində çalışmış Şoyqu mayın ortalarında Rusiya prezidenti Vladimir Putin tərəfindən vəzifəsindən azad edilib.

5-ci səlahiyyət müddətinə başlayan Putin Şoyqunun yerinə baş nazirin müavini, iqtisadçı Andrey Belousovu Müdafiə Nazirliyinə təyin edib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

İran BƏƏ ilə suverenlik mübahisəsi olan adada öz vətəndaşlarına torpaq ayıracaq

Teymur Əziz

Təbii qazın qiymətləri endirildi

Sevinc Sadıqova

Rusiya: Donetskdə Staromayorske qəsəbəsini ələ keçirdik

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu