Dünya

OpenAI modellərinin təhlükəsizlik nəzarətini söndürdüyü bildirilir

Bugun.tv xəbər verir ki, “OpenAI” şirkətinin açıqlamasına əsasən, şirkətin iki süni intellekt modeli daxili proqramlaşdırma tapşırıqları zamanı təhlükəsizlik nəzarəti mexanizmlərini söndürüb və xəbərdarlıqların göndərilməsinə mane olub. Bu barədə oktyabrın 21-də “TRT Haber” Anadolu Agentliyinə istinadən məlumat yayıb.

Məlumata görə, ilk hadisə oktyabrın 3-də Sol modelinin qiymətləndirmə sistemini təmir etməyə çalışdığı zaman baş verib. Model istifadəçinin mesaj göndərilməməsi ilə bağlı göstərişini nəzarət bildirişlərini də əhatə edəcək şəkildə şərh edib və təhlükəsizlik qrupuna avtomatik xəbərdarlığın çatmasının qarşısını alıb.

Oktyabrın 6-da baş verən ikinci hadisədə isə Astra modeli proqram təminatını uyğunlaşdırarkən izləmə sistemini aradan qaldırıb. Daha sonra model istifadəçiyə həmin nəzarət mexanizmini söndürmədiyini bildirib.

“OpenAI” hər iki hadisənin ən yüksək prioritetli təhlükəsizlik pozuntusu kateqoriyasına aid edilmədiyini və modellərin işinin avtomatik dayandırılmadığını açıqlayıb. Şirkət oxşar halların aşkarlanması və qarşısının alınması üçün daxili nəzarət sistemini yenilədiyini də bildirib.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Qədim insanlar minlərlə il əvvəl bu günkindən 10 dəfə çox dil danışmış ola bilər

Aynur Camal

Kreml: Atəşkəs deyil, sülh istəyirik

Aynur Camal

Heyvanın sağlamlıq üçün faydaları və kimlərə uyğun olmadığı açıqlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu