31 C
Baku
24 Sentyabr 2026, 15:03
Baş xəbərDünya

“Oppenheymer” “Ən yaxşı dram filmi” nominasiyasında “Qızıl qlobus” aldı

Kristofer Nolanın bioqrafik dramı “Oppenheymer” “Ən yaxşı dram filmi” nominasiyasında “Qızıl qlobus” mükafatını qazanıb.

Bugun.tv xəbər verir ki, atom bombasının yaradıcısı Robert Oppenheymerdən bəhs edən film Justine Trieunun “Anatomy of a Fall”, Martin Scorsesenin “Killers of the Flower Moon”, Bredley Cooperin “Maestro”, “Keçmiş”, Seline Sohnın “Past Lives”, Jonathan Glazerin “The Zone of interest” filmləri ilə mükafat uğrunda mübarizə aparıb.

Hollivudda Akkreditə olunmuş Xarici Jurnalistlər Assosiasiyası tərəfindən hər il verilən “Qızıl qlobus” mükafatı ABŞ-da nüfuzuna görə yalnız Oskardan sonra ikinci yerdədir. Mükafatlar kino və televiziyanı əhatə edən iyirmidən çox kateqoriya üzrə ötən ilin nəticələrinə əsasən təqdim olunub.

Bugün TV

Oxşar xəbərlər

Türkiyə Bəşiqə hərbi bazasını mərhələli şəkildə İraqa təhvil verəcək

Aynur Camal

İsraildə su təchizatına təhlükə: beş duzsuzlaşdırma qurğusu dayandırıldı

Aynur Camal

Gizli iltihab ürək tutması və insult riskini 43 faiz artıra bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu