11 C
Baku
21 Aprel 2025, 2:12
Baş xəbərTexnologiya

Orbitə 4 saat fərqlə iki Starlink peyki göndərildi

Bugun.tv xəbər verir ki, SpaceX orbitə 4 saat fərqlə, 46 Starlink peykindən ibarət iki raket buraxıb. Beləliklə də, kosmosdakı peyklərin sayı 5500-ə çatıb. Bu missiyalardan birincisi Floridanın Kosmik Sahilindən, ikincisi isə Vandenberq Kosmik Qüvvələri bazasından həyata keçirilib.

Hazırda SpaceX-in 12 min Starlink peykini orbitə yerləşdirmək icazəsi var. Bundan əlavə, şirkət daha 30 min peykin təsdiqi üçün müraciət edib.

Avropa Cənub Rəsədxanasının (ESO) dərc etdiyi hesabata görə, Starlink peyklərindəki elektron cihazların 110 ilə 188 meqahers arasında olan radio diapazonlarına radiasiya yayır. Bu da, elektromaqnit çirklənməsinə səbəb olur. Mütəxəssislər bildirib ki, hazırda Starlink peykləri astronomların obyektləri müşahidə etməsinə də ciddi maneə yaradır.

Teymur Əziz

Oxşar xəbərlər

Botsvana Almaniyanı hədələdi! Bu ölkəyə 20 min fil göndərəcəyini dedi!

İntizar Əmirova

İspaniyada daşqın xəbərdarlığı! Ehtiyat tədbirləri görülüb

Aynur Camal

Dayısının tapança ilə vurduğu uşaq xəstəxanada dünyasını dəyişdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu