Dünya

Orta məktəbə bombalı hücum oldu

Pakistanın Xayber Paxtunxva əyalətində qızlar məktəbinə bombalı hücum həyata keçirilib. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Pakistan bombalı hücum xəbəri ilə yenidən sarsıldı. Xeyber-Paxtunxva əyalətinin Cənubi Vəziristan bölgəsində qızlar məktəbinə bombalı hücum həyata keçirilib.

Səlahiyyətlilər tərəfindən edilən şərhdə; Gecə yarısı naməlum şəxslərin qızlar məktəbinə təşkil etdiyi bombalı hücumda xəsarət alan olmadığı bildirilib.

Səlahiyyətlilər bir məktəbə bu ay ikinci dəfə bomba atıldığını və son hücuma görə məsuliyyəti hələ heç kəsin üzərinə götürmədiyini bildirib. Bu arada hücumun qadınların təhsil almasına qarşı çıxan və daha əvvəl bölgədəki qız məktəblərinə hücum edən Pakistan Talibanı (TTP) tərəfindən həyata keçirildiyi iddia edilir.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Kiyev vilayətində hərbi təlim obyektini raketlə vurdu: 10 nəfər ölüb, 100-ə yaxın yaralı var

Aynur Camal

Hörmüz boğazında humanitar böhran: Təxminən 6 min dənizçi gəmilərdə köməksiz qaldı

Aynur Camal

Dünyanın ən ucuz kirayəsi burada: İllik cəmi 0,88 avro, lakin 3 şərt var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu