13 C
Baku
10 Noyabr 2024, 12:19
Baş xəbərSosial

“Övladlarımızı məktəbsiz qoymaq istəyirlər” – VALİDEYNLƏR ETİRAZ ETDİ   — YENİLƏNİB

Qax rayonu

Bugun.tv-yə şikayət daxil olub. Qax rayon sakinlərinin müraciəti məktəb problemi ilə bağlıdır. Onlar aldadıldıqlarını deyirlər.

Qax rayonu 3 nömrəli məktəb

Valideyin Vüqar Muradovun sözlərinə görə, övladı rayonun 3 nömrəli Rus məktəbində oxuyub. Neçə illərdir otaqların vəziyyəti, məktəbin şəraiti pis vəziyyətdə olub. Buna görə də oranı söküb, yeni məktəb tikməyə başlayıblar. “Mənim övladım 7-ci sinifdən orada oxuyur. Bizə dedilər ki, uşaqlar yeni tikilən məktəbdə oxuyacaqlar. Buna çox sevindik. Məktəbi də başqa yerə köçürdülər. Çox gözəl layihəsi olan bir təhsil ocağı inşa edirlər. Biz də sentyabrdan övladlarımızın ora köçürüləcəyini düşünürdük”.

Ancaq “sən saydığını say, gör, fələk nə sayır”. Sonradan sakinlərə bildiriblər ki, onların uşaqlarına 4 nömrəli məktəbdə yer ayrılacaq. Uşaqlar orada oxuyacaqlar. Yeni məktəbi isə lisey edirlər. Burada təhsil ödənişli olacaq.

Digər bir valideyn Qurban Əliyev də vəziyyətdən narazılığı bildirib. O deyir ki, uşaqları neçə illərdi məktəbin tikilməsini, yeni məktəbdə dərs keçilməsini gözləyirlər. “Neçə ildi ki, övladlarımız 3 nömrəli məktəbə gedib-gəlirlər. Yeni məktəbin həsrəti ilə yaşayıblar. “Sentiyabrda sizə yeni proektlə təzə məktəb tikilib veriləcək”,- deyiblər. Övladlarımızı məktəbsiz qoymaq istəyirlər. Nəyə görə bizim uşaqlarımız yeni məktəbdə oxumamalıdır? Mən şəxsən övladımın təhsilini 4 nömrəli məktəbdə davam etdirməsini istəmirəm, çünki iki aydır övladım o məktəbə gedir və mən onun davamiyyətində geriləmə hiss edirəm. Qaxda cəmi bir rus məktəbi var. Bizdə iştəyirik uşaqlar öz məktəblərində oxusunlar”.

Qax rayonunda tikiləcək yeni məktəbin layihə görüntüsü.

Valideynlər bu vəziyyətin uşaqların psixologiyasına, gələcəyə baxışlarına da təsir etdiyini deyirlər. “İndi nə etsin bu uşaq? Təhsil almasın? Mənim uşağım bu xəbəri eşidib. Neçə gündür depresiyadadır. Ona psixoloji təsir göstərib. Mənim uşğım əlaçı tələbədir. Oxumaq istəyir. Eyni ilə də digərləri… Onların arzusunu gözündə qoymaq olmaz!”.

Şikayətçi V. Muradovun sözlərinə görə, rus sektorunda uşaqların təlim-tərbiyəsi çox güclüdür. “Şəxsən mən bir valideyin kimi razı deyiləm uşağımın 4 saylı məktəbdə oxumağına. Gözəl məktəb tikirlər mənim uşağımın haqqı yoxdur o məktəbdə oxumağa? Biz öz haqqımızı tələb edirik. Bütün valideyinlər istəyir ki, uşaqları yaxşı məktəbdə oxusun”. Narazı valideynlər deyir ki, hələ məktəbləri sökülməmişdən əvvəl özlər bərpa işləri aparıblar. Odun daşıyıb otaqları isidiblər, dəfələrlə təmir ediblər. Biz zülümlə 7 ilimizi orada keçirdmişik. Bu haqsızlıqdır”.

Daha bir valideyin Tünzalə Abdullayeva deyir ki, “Mənim 2 övladım bu məktəbin şagirdidi. 2012 dən valideyn olaraq bütün çətinliklərin şahidiyəm. Kollektivlin necə şəraitsiz vəziyyətdə işlədiyini, uşaqların təhsil aldığını biz bilirik. 11 ildir yeni məktəb binası ümidiylə uşaqlarımız dərsə gedirdi. Yeni məktəb tikilir sevincini yaşamağı bizə çox gördülər. Kim nə istəyir tiksin, amma məktəbimizin yerində yox. Məsələnin tezliklə ədalətlə həll olunacağına inanıram!”


Valideyin Raisə Rəşidovanın sosial şəbəkə üzərindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ünvanladığı müraciəti oxucularımıza olduğu kimi təqdim edirik.

Bugun.tv olaraq, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi ilə əlaqə yaratdıq. Mətbuat xidmətindən bildirdilər ki, problemi araşdırıb ətraflı məlumat verəcəklər.

22.06.20230 16:64

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən redaksiyamıza bildirdilər ki, qeyd edilən məlumat həqiqəti əks etdirmir. Yeni binanın tikintisi yekunlaşdıqdan sonra Qax şəhər 3 nömrəli məktəb fəaliyyətini ənənəvi binasında davam etdirəcək.

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Meşəlik ərazidə yanğın baş verdi

Bugün TV

Netanyahu israillilərdən “səbirli olmalarını” xahiş etdi

Aynur Camal

Xalq avtobusu işıq dirəyinə çırpıldı: 16 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu