Bu gün əksər telefonlarda mütləq ki, pulsuz yüklənmiş hansısa oyunlar var. Amma sonradan bir növ insanları bu oyuna bağlayandan sonra başqa təkliflər gəlir. Məsələn oyunda lazım olan almazları proqram pul qarşılığında verir. Beləliklə də, qalib olmaq həvəsli uşaq və yeniyetmələr bu oyunların tələsinə düşürlər.
Oyunlar mobil telefon və kompyüterlərə pulsuz proqram kimi yüklənsə də, sonradan böyük soyğuna çevrilə bilir. Məsələn, FİFA futbol ulduzlarından ən yaxşılarını oynamaq istəyirsizsə biraz pul xərcləməli ya da zamanla kartlar toplamalısınız. Amma bu kartlarla sizə hansı oyunçunun düşəcəyini də bilmirsiz. Bu bir çox oyunlarda belədir.
Bugun.tv-nin araşdırmasına görə, kiber üzrə psixoloq Joanne Elloy əslində bunun bir növ qumar olduğunu bildirıb. “Pul xərcləmək məcburiyyətindəsən, amma nə əldə edəcəyini, nə qədər dəyərli olacağını bilmirsən. Bəzən son dərəcə arzu edilən bir şey kimi görünsə də, alacağımız paket əslində dəyərsiz olur. Buna görə də bu qumarı xatırladır”.
Dünya ölkələri oyunların pul tələsi ilə bağlı fərqli fikirdədir. Məsələn, Çində 18 yaşdan aşağı olanlara satış qadağan edilib. Avstraliya da bu oyunların 18 yaşdan yuxarılara satılmasının tərəfdarıdır. Hollandiya və Belçika isə bu kimi satışları, ümumiyyətlə qadağan edib.
2020-ci ildə oyun sənayesi bu yolla 15 milyard dollar qazanıb. Bu, ümumi sənayə dəyərinin 1/10-dir. Günümüzdə mikro əməliyyat kimi görünən bu işlər heç kimin vecinə deyil. Bu gün istifadəçilər Pikasonun santa geyimi üçün 40 dollar xərcləyir. Kosmik oyunda ulduz gəmisi paketi isə 40000 dollara satılıb.
“Oyun davam etdikcə, daha maraqlı mərhələləri gəlir. Anidən davam etməyinizə əngəl olan vəziyyət yaranır. Az miqdarda pul xərcləyəcək mikro əməliyyatla daha çox silah ala və həmin vəziyyətdən çıxa bilirsiz. Beləliklə də, bəzi insanlar bunun bir növ aludəçisinə çevrilir.
Bu kimi proqramlar insanlarda “fürsəti qaçırma” qorxusu yaradır. Nadir əşyaları müəyyən vaxt ərzində endirimlə təklif edir. Bu tələyə isə ən çox uşaqlar və yeniyetmələr düşür. Araşdırmalara görə uşaqların 40%i oyunlardan şans qutusu alır.
Əksər oyunlar elə insanların pul xərcləməsi üçün proqramlaşdırılıb. Bunu ən çox oyunda tələb olunan ödəmələrlə bilmək olur.
Şans qutularına pul xərcləmək insanların seçimidir. Ancaq unutmayın ki, siz buna məcbur deyilsiz. Cəmiyyətin qınağı da burada önəmli rol oynayır. Məsələn, qumar oyunlarına bənzədiyi iddialarının qarşısını almaq üçün FİFA oyununda şans qutusu sistemi dəyişdirildi. Artıq oyunçulara bəzi kart paketlərinin məzmunu təqdim edilir. Amma bu yenə də, tələyə düşməyəcəyimiz anlamına gəlmir.
əvvəlki yazı
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri