Dünya

Özəl müsəlman məktəbinin bağlanması ilə bağlı yeni qərar

Fransada məhkəmə Nitsadakı özəl müsəlman orta məktəbinin bağlanması qərarını ləğv edib.

Ölkənin cənubundakı Alpes-Maritimes bölgəsindəki yeganə müsəlman məktəbi olan Nitsadakı Avicenne Orta Məktəbinin hüquqşünası Sefen Guez, X hesabında yazdığı yazıda Qubernatorluğun 15 Mart tarixli məktəbi bağlamaq qərarına gəldiyini bildirib.

Yazıda məhkəmənin Qubernatorluğu məhkəmə xərcləri üçün məktəbə 1500 avro ödəməyə məcbur etdiyi bildirilib.

2024-cü ilin fevralında Təhsil Nazirliyi “Məktəbin maliyyə imkanları barədə dəqiq məlumat verilmədiyi” əsası ilə Avicenne orta məktəbini bağlamaq qərarına gəlib.

Məktəb rəhbərliyi qərara reaksiya verib və yazılı açıqlamasında iddianı rədd edib.

Alpes-Maritimes Qubernatorluğu, 2024-cü ilin mart ayında təxminən 100 şagirdi olan məktəbi tədris ilinin sonunda bağlamaq qərarına gəldiyini açıqladı.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Tramp 11 sentyabrın 25-ci ildönümündə: “Heç vaxt, amma heç vaxt unutmayacağıq”

Aynur Camal

Alimlər zamanın özündə çox kiçik qeyri-müəyyənlik ola biləcəyini irəli sürüblər

Aynur Camal

Qəzza ilə bağlı İsrail sənədli filmi Venesiya festivalında 25 dəqiqə alqışlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu