27 C
Baku
27 İyul 2024, 3:44
Digər

Pəhriz haqda doğru bildiyimiz yanlışlar

Alman filosofu Albert Şveytser deyirdi ki: ”Xoşbəxtlik yaxşı bir sağlamlıq və pis bir yaddaşdan başqa bir şey deyil”. İnsan ömrü boyu can atdığı xoşbəxtliyi duymaq üçün bədən sağlığımız önəmlidir. Qidalanma sağlamlığın əsas meyarlarından biridir. Deyirlər insan nə yeyirsə odur. Zərərli qidaları rasionumuzdan çıxarmaqla, pəhriz saxlamaqla buna nail ola bilərik. Sağlam pəhrizin gözlə görünən və görünməyən faydaları var. Pəhriz vizual olaraq artıq çəkidən azad olmaqla yanaşı, metabolizmi normallaşdırmaq, immunitet sistemini gücləndirmək, həzm sistemini stabilləşdirmək üçün vacib özünümüalicə üsuludur. Pəhriz zamanı zülal, yağ, karbohidrat və vitamin balansı qida rasionunda mütləq qorunmalıdır.

Kor-koranə tərtib edilmiş pəhriz reseptləri ilə qısa zamanda çəki atmaq insan sağlamlığı üçün təhlükəlidir. Pəhriz reseptləri həkim dietoloqlar tərəfindən arıqlamaq istəyən şəxsin irsiyyəti, peşəsi, orqanizminin xarakteri, vaxtilə keçirdiyi xəstəliklər, hal-hazırda olan xroniki xəstəlikləri və s. nəzərə alınaraq kompleks müayinədən sonra təyin edilməlidir. Bəs pəhriz zamanı doğru bildiyimiz yanlışlar hansılardır?

Endokrinoloq-dietoloq Dr. Gülşən İsmayılova pəhriz zamanı doğru bildiyimiz yalnışlar və sağlam çəki atmağın şərtləri haqqında danışdı. Həmin sıralamanı sizə təqdim edirik.

YANLIŞDIR:

1. Qida öyünləri arasında intervalı gözləməmək. İnsanlar arasında yalnış fikirlərdən biri də az-az və tez-tez qidalanmaqdır. Qidalanma gün ərzində 3 dəfə müəyyən intervalda olmalıdır. Çünki tez- tez qida qəbulu insulin hormonunun qana atılmasına və iştahanın artmasına səbəb ola bilər.

2. Faydalı qidaları belə çox qəbul eləmək. Bəzən elə düşünürlər ki, qida faydalıdır kalorisi azdır bunu istədikləri qədər qəbul etmək olar. Hər bir faydalı qidanı belə (zülallı qidalar, meyvələr, çərəzlər,meyvə quruları vəs.) çox qəbulu əlavə kalori sayılır.

3. Yuxu saatına düzgün əməl etməmək. Yuxu həm də, hormonların fəaliyyətinə təsir etdiyinə görə bu rejimə düzgün əməl etmək lazımdır. Düzənli olaraq hər gün eyni vaxtda çox gec olmamaq şərtilə yatıb, erkən oyanmaq lazımdır.

4. “Pəhrizdəyəm” deyə idmanla məşğul olmamaq. Həzm prosesinin sürətlənməsində fiziki aktivliyin böyük rolunu unutmamalıyıq.

5. Sürətli qida qəbul etmək. Qida qəbul edərkən həzmi rahatlaşdırmaq üçün yaxşı çeynəmək vacibdir.

6. Qida qəbulundan sonra su içmək. Su qəbulu vacibdir yalnız ac qarnına və ya qida qəbulundan 30 dəqiqə öncə.

Çəki atmaq və sağlam çəki atmaq arasında böyük fərq var. Xüsusilə xanımlar kompleksdən qurtulmaq üçün tez bir zamanda necə gəldi artıq çəkilərindən azad olmağa çalışırlar. Bu isə sonradan bir sıra xəstəlikləri bərabərində gətirir. Gülşən xanım çəki atarkan sağlamlığımızı itirməmək üçün diqqət etməli olduğumuz məqamlara da toxunub.

Sağlam çəki atmaq üçün hansı şərtlərə əməl etmək lazımdır:

1. Sağlam qidalanmaq

2. Hər gün eyni saatdan gec olmamaq şərtilə 7-8 saat yuxu yatmaq

3. Gün ərzində 2-3 litr su qəbul etmək

4. Fiziki aktivliyinizi artırın. Pəhriz zamanı daha tez nəticə əldə etməyə kömək olacaq.

5. Sürətli çəki verməmək. Unutmayaq ki, sağlam çəki vermək ay ərzində

3-4 kq-dan çox olmamalıdır.

6. Qəhvə içmək. Qəhvə metobolizmi sürətləndirir və daha çox yağ yandırmağa kömək edir.

7. Yaşıl çaydan istifadə etmək. Yaşıl çay antioksidant təsirinə malik olduğu üçün sağlamlığa faydası var.

8. Stressdən, gün ərzində sizə neqativ enerji verən faktorlardan uzaq olmaq. Dietin özü belə sizə zövq verməli, əzabverici olmamalıdır. Bunun üçün monoton qidalanmayın.

 

 

 

 

Bugün TV

Oxşar xəbərlər

C.Məmmədov: “Məktəblərdə müəllim-şagird münasibətlərini necə tənzimləməliyik?”

Şükufə Ramizqızı

“ƏSA” teatrının hazırladığı “Qonşu” film-tamaşasının təqdimatı keçirilib.

Şükufə Ramizqızı

DİN vətəndaşlara müraciət etdi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu