DünyaHadisə

Pakistan: “Kəşmir məsələsi Hindistanla sülhün açarıdır”

Bugun.tv xəbər verir ki, Pakistandakı müvəqqəti hökumətin baş naziri Anvarul Hak Kakar bildirib ki, onlar Hindistan da daxil olmaqla bütün qonşularla sülh istəyirlər, lakin Cammu və Kəşmir məsələsi Yeni Dehli ilə sülh üçün əsas əhəmiyyət kəsb edir.

Baş nazir Kakar Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasının müzakirələrində iştirakçılara müraciət edib.

Kakar, Hindistan da daxil olmaqla bütün qonşularla sülh istədiklərini, lakin Cammu və Kəşmir məsələsinin Yeni Dehli ilə sülhün açarı olduğunu vurğulayıb.

Cammu və Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının gündəmindəki ən qədim məsələlərdən biri olduğunu bildirən Kakar Hindistanın BMT Təhlükəsizlik Şurasının qərarlarını yerinə yetirməkdən yayındığını bildirib.

Bugün TV

Oxşar xəbərlər

Dörd gün ərzində 22 sərnişin reysi bomba hədəsi ilə üzləşdi

Aynur Camal

Dərsləri daha səmərəli öyrənmək üçün 10 faydalı üsul

Aynur Camal

Evləri ayda 1 avroya kirayə verirlər – əvəzində biliklərini bölüşməyi istəyirlər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu