Dünya

“Pambıq şəkərdən daha yüngül” iki nəhəng ekzoplanet aşkar edildi

Bugun.tv xəbər verir ki, Böyük Britaniya və Fransadan olan astronomlar Yer kürəsindən təxminən 1110 işıq ili uzaqlıqda yerləşən və sıxlığı pambıq şəkərdən də az olan ən böyük iki ekzoplaneti aşkar ediblər.

Araşdırma Böyük Britaniyanın Oksford və Birmingem universitetləri, həmçinin Fransanın Nitsa Kot d’Azur Universitetinin alimləri tərəfindən aparılıb.

Tədqiqat zamanı NASA-nın Keçid Halında Olan Ekzoplanetlərin Tədqiqi Peyki (TESS) və müxtəlif teleskopların məlumatlarından istifadə olunub.

Mütəxəssislər müəyyən ediblər ki, TOI-791 b və TOI-791 c adlı ekzoplanetlər indiyədək məlum olan ən aşağı sıxlıqlı və ən böyük “super puf” tipli planetlərdir. Onlar Volans bürcündəki bir ulduzun ətrafında dövr edir.

Alimlərin sözlərinə görə, bu planetlərin kimyəvi tərkibinin gələcəkdə NASA-nın James Webb Kosmik Teleskopu (JWST) vasitəsilə daha ətraflı öyrənilməsi planlaşdırılır.

Tədqiqat müəlliflərindən olan astronom Corc Dransfild bildirib ki, bu ölçüdə olan planetlər arasında daha yüngül nümunələr indiyədək qeydə alınmayıb. Onun fikrincə, ağ və ya mavi rəngə malik ola biləcək bu göy cisimləri əsasən hidrogen və helium qazlarından ibarətdir.

Araşdırmaçılar hesab edirlər ki, “super puf” adlandırılan bu ekzoplanetlər yeni yaranmış ulduzun ətrafındakı qaz və toz diskində formalaşıb, zaman keçdikcə isə öz maddələrinin bir hissəsini itirərək daha da yüngülləşiblər.

Tədqiqatın nəticələri Monthly Notices of the Royal Astronomical Society jurnalında dərc olunub.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Rekord istilər: Vətəndaşlar kondisioner almaq üçün mağazalara axışdı

Aynur Camal

Son 24 saatda dünyada 4 güclü zəlzələ baş verdi

Aynur Camal

Az yatmaq niyə kökəldir? Mütəxəssislər səbəbləri açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu