25 C
Baku
24 Sentyabr 2026, 22:29
Baş xəbərDünya

Panda balası qorxudan öldü

Şotlandiyada nəsli kəsilməkdə olan “qırmızı panda” balası zooparkın yaxınlığında atəşfəşanlığın partlamasından qorxduğu üçün ölüb. Şotlandiyada nəsli kəsilməkdə olan qırmızı panda balası zooparkın yaxınlığında keçirilən festivalda atılan atəşfəşanlıqdan qorxub. Qorxu stresinə dözə bilməyən panda balası həyatını itirib.

Böyük Britaniyanı təşkil edən 4 millətdən biri olan Şotlandiyanın Edinburq Zooparkında baş verən hadisədə qırmızı panda balasının atəşfəşanlıq səsindən yaranan qorxudan öldüyü ifadə edilib.

Zooparkın bəyanatında deyilir: “Biz nəsli kəsilməkdə olan qırmızı panda balamız Roksinin tonqal gecəsində ölümündən sonra atəşfəşanlığa daha sərt məhdudiyyətlər qoymağa çağırırıq”.

Mütəxəssis baytarlıq komandamız hesab edir ki, üç aylıq Roksi ərazidə atəşfəşanlığın yaratdığı stress nəticəsində ölmüş ola bilər. “Biz atəşfəşanlıqların ictimaiyyətə satışını qadağan etmək və yalnız təşkil olunmuş tədbirlərdə nümayişə icazə vermək çağırışlarını dəstəkləyirik”.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Bioloq uzunömürlülüyün əsas amillərini açıqladı

Aynur Camal

AB Ukraynaya 3 milyard avroya yaxın yeni ödənişi təsdiqlədi

Aynur Camal

Nyu-York Polymarket-ə qarşı məhkəmə iddiası qaldırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu