15 C
Baku
25 İyun 2025, 5:59
Maraqlı faktlar

“Parça-parça sənət”…

Bugun.tv xəbər verir ki, Naxçıvan Rəssamlar Birliyinin B.Kəngərli adına Sərgi Salonunda ” Konstitusiya və Suverenlik ili ” çərçivəsində Mahmudova Sevil Bəşir qızının 80 illik yubileyi ərəfəsində orijinal “Parça-parça sənət” adlı fərdi yaradıcılıq sərgisi keçirilib. Sərginin orijinallığı ondan ibarətdir ki, sənətkar parçalardan öz əsərlərini ərsəyə gətirir və heç bir hazır məhsuldan istifadə etmir. Gül və ya ağac, və ya digər bir obyekti hazır parçadan kəsib, yapışdırmır… Özü, rəngli parçalardan istədiyi gül, çiçəyi, meyvəni düzəldir. Hətda ağ-qara qrafik əsər kimi görünən işlərdə belə, hər cızığı yenə də parçadan kəsib yapışdırır. Bu üslub həvəskar rəssamın öz fərdi üslubudur. Bu üslub, mozaika, qurama və aplikasiyanın fərqli bir unikal formasıdır.

Biz Sevil xanımı kəşf etmiş olduq və çox sevincliyik ki, yaşına baxmadan, yoruldum sözünü demədən işləyir və sənəti sevir. Rəssam deyir: “Parça ilə işləmədiyim gün, mənim üçün gün sayılmır”. Allah Sevil xanıma uzun və sağlam ömür nəsib etsin. Sevil xanım və onun kimi əzmkar insanlar, gənclərə stimul olmalıdır!

Sevil xanımı tanıyaq!

Sevil Mahmudova 1946-cı ildə Naxçıvan şəhərində anadan olub, atasının işinə görə Şahtaxtı kəndinə köçür və 1964-cü ildə Şahtaxtı kənd orta məktəbini bitirir. 1965-ci ildə atasının təgidi ilə, ata- anası olmayan və özündən balaca 6 bacı-qardaşı olan insanla ailə qurur, onlara balaca canı ilə analıq edir. Sonralar, yoldaşının işinə görə, ailəsiylə birlikdə Sumqayıt şəhərinə köçür. Sevil xanımın üç qız övladı var və hər biri, onun can atdığı, amma ərmədiyi sənət aləminin insanları, ali-savadlı xanımlardır.

Sevil xanımın ali təhsili olmasa da, O, sərbəst rəssamdır və işləri ilə bir çox sərgilərdə iştirak edir.

Sevil xanım 2004-cü ildən rəssamlıq və özünün dediyi kimi, əl işləri ilə məşğul olmağa başlayıb.

2011-ci ildə Rəssamlar İttifaqına üzv olur və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən tədbirlərdə iştirak edir. O, I dərəcəli Diplomlara və dəfələrlə Fəxri Fərmanlarla təltif olunur.

2011-ci ildə Sankt-Petrburq şəhərində həvəskar rəssamların sərgisində iştirak edərək “Fəxri Fərman”la təltif olunur.

19.05.25 Sevil xanım arzusuna çataraq, Naxçıvanda sərgi açır!

Aynur Camal

Oxşar xəbərlər

Ovucunuza görə, siz ağıllısınız, yoxsa emosionalsınız? Şəxsiyyət testində ortaya çıxır

Bugün TV

Yaşı 8,5 milyon il olan 100 fosil tapıldı

Teymur Əziz

Dünya millətləri təbiəti qorumaq üçün “tarixi” razılaşma əldə ediblər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu