25 C
Baku
27 İyul 2024, 4:38
Baş xəbərSiyasət

Yavuz Subaşı-“Biz millətimiz üçün örnək insanlarıq” (FOTO)

TBMM-də büdcə müzakirələrinin ikinci günündə yumruq davası başlayıb. Müzakirələrin getdiyi Məclisdə iclas yarımçıq kəsilərkən AK Partiya üzvü Zəfər İşıq İYİ Partiyadan Hüseyn Örsə yumruq atıb. Örs xəstəxanaya aparılıb.

 “Dekabrın 5-də Türkiyə Böyük Millət Məclisində 2023-cü ilin ümumi büdcə müzakirələrinə start verilib. Dünən başlayan çıxışlarda müxalifət partiyaları: CHP, HDP, İYİ və digərləri iqtidarın gördüyü işlərdən, fəaliyyətindən, büdcəsindən heç bir şəkildə danışmayaraq, başda Prezident Ərdoğan və vitse-prezident Fuad Oktay olmaqla söz alan hər kəs təhqiredici, alçaldıcı və təxribatçı məzmunlu çıxışlar edib.”

Bugün.tv xəbər verir ki, bu sözləri TBMM-nin AK partiya,Balıkkesir millət vəkili Yavuz Subaşı deyib.

O, qeyd edib ki,bu təxribatları  CHP lideri Kılıçdaroğlu, HDP təmsilçiləri və İYİ partiya adından danışanlar edib.

  “AK partiya sədr  yardımçısı professor, doktor Numan Kurtulmuşun çıxışı zamanı CHP İzmir millət vəkili  Atilla Sertdal Kurtulmuşu  ifadə edə bilməyəcəyim şəkildə təhqir etdi.Halbuki, Numan Kurtulmuşun təxribat xarakterli ifadəsi olmayıb. Atilla Sertdala dərhal qınama cəzası verildi. Biz dünəni bu gərginliklə bağladıq.”-deyə Yavuz Subaşı bildirib.

Millət vəkili vurğulayıb ki, müzakirələrin ikinci günündə  Ədliyyə Nazirliyinin, Gənclər İdman Nazirliyinin, Parlamentin büdcələri müzakirə olunurdu. Kürsüyə çıxan müxalifət nümayəndələri AK Partiyanı, prezidentimizi, nazirlərimizi təhqir etdi.

Axı biz də insanıq. Məclisə yaraşmayan yersiz təhqirlər səsləndirildi. Atilla Sertdal da yenidən təhqiredici ifadələr işlətdi. Lakin  problem HDP-li millət vəkili Mehmetemin Gergeroğlunun AK Partiya qadın  üzvlərini  iffətsizliklə bağlı ittiham xarakterli açıqlamalarından sonra yaşandı. HDP-li millət vəkilinə  dərhal verilən  qınama hökmü yekdilliklə qəbul edildi.”-deyə o əlavə edib.

  Millət vəkilinin sözlərinə görə,daha sonra İYİ partiyadan olan millət vəkili  çıxışında AK partiyaya”Siz nə işə yarayırsınız?”-deyərək  qarşı tərəfə  təxribat xarakterli ifadələr işlədib. AK Partiya sıralarından  “ sən işinə bax, nitqinə bax” deyincə, işlər gərginləşib.İYİ partiyanın Konya millət vəkili Fahrettin Yokuş adlı şəxs də təhqir edici ifədələr işlədib. Bu səbəblə çaşqınlıq yaranıb.

“Ona qınama cəzası  verildi .İYİ Partiya Trabzon millət vəkili Hüseyn Örs ilə AK Partiya Bursa millət vəkili Zəfər İşıq arasında dava düşüb. Trabzon millət vəkili  Hüseyn Örsə  keçmiş olsun deyirik. Amma əvvəldə dediyim kimi,  təhqirdir, böhtandır, AK partiyalılar tərəfindən aqressivliklə cavablandırılmamalı bir şeydir. Yəni biz bunu Qazi məclisimizə yaraşdırmırıq. Biz millətimiz üçün örnək insanlarıq ama bizimdə əsəblərimiz var, bizim də hisslərimiz var. Bu günə qədər HDP, CHP və İYİ partiya prezidentdən tutmuş bütün AK Partiya mənsublarına hər zaman təhqirlər edib. Sonda iki təhqir də bizdən duydular. Yenə deyirəm. Bu xoş hadisə deyil. Parlament üçün uyğun deyil. Ümid edirik ki, bu hadisə  bir daha baş verməyəcək və bunun üçün nə lazımdırsa edəcəyik. Sonda demək istəyirəm ki, onlar qarşıdan gələn seçimlərdə məğlubiyyətlərini  indidən anlayıblar, buna görədə belə avanturaya yol verirlər.”-deyə o qeyd edib

Bugün TV

Oxşar xəbərlər

DİN məlumat yaydı 

Kəmalə Sultan

Alovlanan avtomobil tekstil sexinə çırpılaraq dayana bildi

Bugün TV

Rusiya: Biz mülki hədəflərə hücumları pisləyirik

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu