Dünya

Payız yarpaqlarının rəngini nə müəyyən edir? Alimlər yeni amili üzə çıxarıblar

Bugun.tv xəbər verir ki, alimlər ağac yarpaqlarının payızda sarı, narıncı və qırmızı rənglərə çevrilməsinə təsir göstərən amillərlə bağlı yeni araşdırma aparıblar. ABŞ-ın Duke Universitetinin tədqiqatçıları yarpaqlardakı qida maddələrinin payız rənglərinin yaranma vaxtına təsir etdiyini müəyyən ediblər.

Noyabrın 12-də universitetin rəsmi saytında dərc olunan məlumata görə, araşdırmada ABŞ-ın 25 meşə ərazisindən toplanmış ekoloji və peyk müşahidələri əsasında əldə edilən göstəricilər təhlil olunub.

Ağaclar payızda fotosintez üçün vacib olan yaşıl piqmenti – xlorofili istehsal etməyi dayandırdıqda yarpaqlarda digər piqmentlər görünməyə başlayır. Nəticədə yarpaqlar sarı, narıncı və qırmızı çalarlara boyanır.

Tədqiqatçılar azot, fosfor və kalium kimi elementlərin yarpaqlarda şəkərlərin daşınması və istifadəsi ilə bağlı proseslərə təsir etdiyini bildirirlər. Bu maddələrin miqdarındakı dəyişikliklər yarpaqların rəng dəyişmə vaxtını da dəyişə bilər.

Araşdırmanın nəticələri meyvə bağlarında ağacların inkişafını və yarpaqlanma dövrünü daha yaxşı idarə etmək üçün faydalı ola bilər.

payız fəsli, payız yarpaqları, yarpaqların rəng dəyişməsi, Duke Universiteti, xlorofil, bitki qidalanması, ekoloji araşdırma, meşə ekosistemi

Mənbə: today.duke.edu

Aynur Camal

Oxşar xəbərlər

Ayılar evlərə girməyi öyrənir: mütəxəssis gələn il vəziyyətin çətinləşə biləcəyini deyir

Aynur Camal

Ukrayna Rusiyaya 1200-ə yaxın pilotsuz uçuş aparatı ilə hücum etdi

Aynur Camal

83 yaşlı Hermès varisinin milyardlarla dollarlıq sərvətinin yoxa çıxması işi üzrə yeni qərar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu