Digər

Paytaxt Vaşinqtonun rəhbərliyi Donald Trampı məhkəməyə verib

Bugun.tv xəbər verir ki, onlar Trampı yerli idarəetmənin razılığı olmadan Milli Qvardiyanın minlərlə əsgərini şəhərə göndərməklə Konstitusiyanı və federal qanunu pozmaqda ittiham edir. Şəhərin baş prokuroru Brayan Şvalb müraciətində iddia edib ki, avqustun 11-dən etibarən mindən çox hərbçinin Vaşinqtona yerləşdirilməsi ordunun daxili hüquq-mühafizə məqsədləri üçün qeyri-qanuni istifadəsi deməkdir. Qeyd edək ki, Kaliforniya ştatının federal hakimi iyun ayında immiqrasiya reydləri ilə bağlı bir neçə gün davam edən etirazlardan sonra Trampın Los-Ancelesə Milli Qvardiya qoşunlarının yerləşdirilməsinin qanunsuz olduğuna dair qərar çıxarıb.

Bugün TV

Oxşar xəbərlər

Aİ qüvvələri Aralıq dənizində şübhəli neft tankerinə baxış keçirdi

Aynur Camal

22 İyul – Azərbaycan milli mətbuatı 151 yaşını qeyd edir

Aynur Camal

Həbsxanaya narkotik aparan pişik saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu