26 C
Baku
19 Aprel 2024, 16:37
Baş xəbərDünya

Terrorçu-kamikadze tərəfdən edilən partlayış nəticəsində 21 nəfər ölüb

Xarici Xəbərlər. 

Əfqanıstanın paytaxtı Kabildə Xarici İşlər Nazirliyinin yaxınlığında partlayış törədilib.

Partlayışdan sonra da atəş səsləri eşidilib. Nəticədə ölənlərin sayı 21 nəfərə çatıb.

“Terrorçu-kamikadze nazirliyə girməyə cəhd edib, lakin təhlükəsizlik orqanları onu binanın qapısının qarşısında aşkar edib. Bundan sonra terrorçu özünü partladıb”, – “Taliban” hökumətində Baş nazirin ofisinin rəhbərinin müavini Əhmədullah Müttəki tviter səhifəsində məlumat verib.

 Xatırladılıb ki, dəfələrlə baş verən partlayışlar Talibanın rəhbərlik etdiyi Əfqanıstan hökumətinin ölkənin təhlükəsizlik infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı boş iddialarını ifşa edir. Taliban 2021-ci ilin avqustunda hakimiyyətə gəldikdən bəri yüzlərlə sadə insan İslam dövləti ilə əlaqəli silahlı qruplar tərəfindən həyata keçirilən bu cür partlayışlarda həlak olub.  Bu hücumların əsas hədəfi əsasən həzarələr, əfqan şiələri, sufilər və s. kimi etnik azlıqlar olub və bir çox hücumlar məscidləri namaz vaxtı hədəf alır. Bu İslam Dövləti terrorçuları xarici hökumətlərin səfirliklərini və nümayəndəliklərini hədəf almağa başladığı üçün Taliban rejimi üçün işləri daha da çətinləşdirmək missiyasındadırlar. Son aylarda onlar keçmiş baş nazirin ofisini və Rusiya və Pakistan səfirliklərini hədəfə alıblar.

 Taliban rejimi xüsusilə qadınlara təhsil və iş hüququ tanımır, həmçinin qadınlar və qızlar üçün bütün idman növlərini qadağan etmək qərarına gəlib.

Qeyd edilib ki, Taliban hökumətinin repressiv idarəçiliyi ilə işarələnən təkrarlanan hücumlar Əfqanıstanın sadə xalqının səfalətini artırır.

Mənbə: aljazeera.com

Aynur Camal

Oxşar xəbərlər

“Anadolu Qartalı – 2023” beynəlxalq təlimində növbəti tapşırıqlar icra olunub – VİDEO

Aynur Camal

“Arka sokaklar”ın baş rol qəhrəmanı “Murad komissar” haradadır?

Kəmalə Sultan

Novruz Aslanov faktla barışıbmı?

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu