Baş xəbərHadisə

Paytaxtda nəqliyyat vasitəsi qaçırıldı

Bugun.tv xəbər verir ki, Nərimanov rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə 18-ci Polis Şöbəsinə məlumat daxil olub.

Hadisə ilə bağlı polis əməkdaşları əməliyyat tədbirləri keçiriblər. Əməliyyat zamanı nəqliyyat vasitəsini qaçırmaqda şübhəi bilinən avtoyuma məntəqəsində işləyən Bakı şəhər sakini M.Məmmədquliyev Yasamal rayonu ərazisində avtomobillə saxlanılıb.

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbirlərlə şəhər ərazisindən “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Gərənə kənd sakini, əvvəllər məhkum olunmuş F.Vəliyev avtomobillə saxlanılıb.

Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Kəmalə Sultan

Oxşar xəbərlər

İki helikopterin toqquşması nəticəsində altı nəfər öldü

Aynur Camal

Dünya Kuboku azarkeşlərini güclü tufan təhlükəsi gözləyir

Aynur Camal

Məhəmməd Əsədullazadə: ABŞ-İran memorandumu yeni əməkdaşlıq mərhələsinin başlanğıcıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu