16.7 C
Baku
18 May 2025, 5:30
Baş xəbərDünya

Pentaqon 60 minə yaxın mülki işçini ixtisar etməyi planlaşdırır

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) təxminən 60 min mülki işçisini ixtisar etməyə hazırlaşdığı bildirilir. Associated Press (AP) xəbər agentliyinin müdafiə rəsmilərinə əsaslanaraq dərc etdiyi xəbərdə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) 50-60 min mülki işçinin işini dayandıracağı vurğulanıb.

Xəbərdə Tramp administrasiyasının federal işçilərə göndərdiyi “könüllü istefa” çağırışını qəbul edən 21 minə yaxın mülki işçinin yaxın aylarda qurumu tərk edəcəyi də qeyd edilib. Həmin səlahiyyətlilər, 900 mindən çox mülki işçi qüvvəsi olan Pentaqonun bu işçi qüvvəsində 5-8 faiz ixtisar etməyi planlaşdırdığını və departamentin müntəzəm olaraq ayrılan işçiləri əvəz etməməklə ayda təxminən 6 min vəzifə azaltmağı hədəflədiyini söylədi.

ABŞ Prezidenti Donald Trampla birlikdə Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) cavabdeh olan Elon Musk federal hökumətin ixtisar edilməli olduğunu bildirir.

San-Fransisko dairə məhkəməsinin hakimi Uilyam Alsup işdən qovulan federal işçilərlə bağlı işdə Tramp administrasiyasının əleyhinə qərar verib.

Ağ Evin federal işçiləri işdən çıxarmaq səlahiyyətinin olmadığını bildirən Alsup, Tramp administrasiyası tərəfindən Veteranlarla İş, Kənd Təsərrüfatı, Müdafiə, Enerji, Daxili İşlər və Xəzinədarlıq departamentlərində işdən çıxarılanların dərhal işlərinə bərpa olunmasını əmr edib.

San-Fransiskoda Trump administrasiyasının kütləvi ixtisarına etiraz edən iddia, ölkə daxilində eyni mövzuda bir çox məhkəmə iddialarından yalnız biridir.

ABŞ Prezidenti Tramp vəzifəyə gəldikdən sonra milyarder iş adamı İlon Maskı rəhbər təyin etdiyi Hökumətin Səmərəliliyi Departamenti (DOGE) vasitəsilə federal qurumlarda çalışan minlərlə insanı işdən çıxarıb.

Xüsusilə yeni işə qəbul edilənlər arasında kütləvi ixtisarlar nəticəsində ölkə daxilində bir çox həmkarlar ittifaqı və təşkilatlar Tramp hökumətinə qarşı məhkəmə iddiası qaldırıb.

Mənbə: Anadolu Agentliyi (AA)

Aynur Camal

Oxşar xəbərlər

‘Spiral əməliyyatı’nda 4 nəfər saxlanıldı

Aynur Camal

Türkiyə Rusiyadakı hücumu pisləyir

Elnarə Dərziyeva

Ötən il Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən 2237 terrorçu zərərsizləşdirildi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu