Dünya

ABŞ İkinci Dünya Müharibəsindən bəri ilk dəfə olaraq hərbi gəmini torpeda ilə vurdu

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Hind okeanında İran Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəminin ABŞ sualtı qayığı tərəfindən torpedo ilə vurulduğu anın görüntülərini yayıb.

Hadisə Vaşinqton və Tehran arasında artan hərbi gərginliyin daha da genişlənməsinə səbəb olub.

Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus hücum tipli sualtı qayıq İranın IRIS Dena adlı freqatını Hind okeanında, Şri-Lankanın cənub sahilləri yaxınlığında hədəfə alıb. Zərbə nəticəsində gəmi qısa müddətdə batıb və çox sayda ekipaj üzvü həlak olub.

ABŞ rəsmiləri bildiriblər ki, hücum zamanı yüksək güclü Mark-48 tipli torpedodan istifadə edilib. Bu silah suyun altında partlayaraq gəminin konstruksiyasını sındırmaq və onu sürətlə batırmaq üçün nəzərdə tutulub. Zərbə nəticəsində gəmidə böyük partlayış baş verib və gəmi qısa müddətdə suyun altına gedib.

Hadisə zamanı gəmidə təxminən 180 nəfərin olduğu bildirilir. İlkin məlumatlara görə, azı 87 nəfər həlak olub, 30-dan çox dənizçi isə xilas edilib. Xilasetmə əməliyyatları Şri-Lanka Hərbi Dəniz Qüvvələri tərəfindən həyata keçirilib və sağ qalanlar sahilə çatdırılıb.

Məlumata əsasən, İran hərbi gəmisi Hindistanda keçirilən beynəlxalq dəniz təlimlərində iştirak etdikdən sonra geri qayıdarkən hücuma məruz qalıb. İran rəsmiləri hadisəni sərt şəkildə pisləyərək ABŞ-ı “beynəlxalq sularda təhlükəli presedent yaratmaqda” ittiham edib və bunun nəticələrinin olacağını bildirib.

Pentaqon isə hücumu davam edən hərbi əməliyyatların bir hissəsi kimi qiymətləndirib. ABŞ rəsmilərinin sözlərinə görə, bu hadisə Amerika sualtı qayığının düşmən gəmisini torpedo ilə batırdığı nadir hadisələrdən biridir və regionda hərbi qarşıdurmanın daha da genişlənməsi riskini artırır.

Ekspertlər bildirirlər ki, Hind okeanında baş verən bu hadisə İranla müharibənin Yaxın Şərq regionundan kənara çıxaraq daha geniş coğrafiyaya yayılmasının göstəricisi hesab olunur. Bu isə beynəlxalq təhlükəsizlik və dəniz yollarının təhlükəsizliyi ilə bağlı yeni narahatlıqlar yaradır.

Mənbə: CNN

Aynur Camal

Oxşar xəbərlər

Portuqaliya biomüxtəlifliyi qorumadığı üçün Aİ məhkəməsi tərəfindən 10 milyon avro cərimələnib

Aynur Camal

ABŞ vətəndaşlarına İraqı tərk etmək çağırışı edib

Aynur Camal

İran XİN rəhbəri: Naxçıvandakı PUA hücumunun arxasında İsrail ola bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu