27 C
Baku
10 İyun 2025, 9:48
Baş xəbərSəhiyyə

Peşə bayramı gününə həsr olunmuş maarifləndirici tədbir və fleşmob keçirildi

Bugun.tv xəbər verir ki, Səhiyyə Nazirliyi tibb işçilərinin peşə bayramı gününə həsr olunmuş maarifləndirici tədbir və fleşmob keçirib.

“Gənclik Mall” Ticarət Mərkəzində Səhiyyə Nazirliyi və nazirliyin 2 nömrəli Bakı Tibb Kolleci tərəfindən tibb işçilərinin peşə bayramı gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Tədbirin məqsədi geniş ictimaiyyətin diqqətini təxirəsalınmaz vəziyyətlərdə ilk yardım mövzusuna yönəltmək və maarifləndirməkdir. Kampaniya çərçivəsində arzu edənlərin arterial təzyiqi, nəbzin tezliyi, boy və çəkiləri ölçülüb.Maarifləndirici tədbir vətəndaşların böyük marağına səbəb olub.

Daha sonra 2 nömrəli Bakı Tibb Kollecin tələbələri və könüllülərin iştirakı ilə “İlkin yardım – ikinci həyata addım!” adlı fleşmob təşkil olunub.

Fleşmobda Tibb kollecin tələbələri tərəfindən müxtəlif təxirəsalınmaz vəziyyətlərdə tibbi yardımın göstərilməsi, eyni zamanda düzgün gigiyena qaydaları əyani olaraq nümayiş etdirilib.

Həmçinin, sağlamlıq mövzuzunda viktorina keçirilib. Sonda qaliblər mükafatlandırılıb.

Aynur Camal

Oxşar xəbərlər

Martın 22-də gözlənilən hava şəraiti

Aynur Camal

İtkin düşən 2,5 yaşlı uşağın qalıqları tapılıb

Aynur Camal

Ümumtəhsil müəssisələrində şagird davranışı qaydalarının pilot tətbiqinə başlanılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu