Baş xəbər

Peşə təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı – BRİFİNQ

Elm və Təhsil Nazirliyindən Bugun.tv-yə daxil olan məlumata görə, 29 iyul tarixində peşə təhsili müəssisələrinə tələbə qəbulu prosesinə start verilməsi ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun iştirakı ilə media üçün brifinq keçiriləcəkdir.

Brifinqdə qəbul qaydaları, yeni ixtisaslar, o cümlədən Qarabağda qurulan peşə təhsil müəssisələri haqqında ən son məlumatlar və digər maraq doğuran məsələlərlə bağlı ictimaiyyətə açıqlamalar veriləcəkdir. Tədbirdə iştirak edəcək şəxslərin qeydiyyatdan keçməsi xahiş edilir.

Məkan: Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi (Koroğlu Rəhimov küçəsi, 76) ELİT Ticarət Mərkəzinin yanı

Tarix: 29 iyul 2024-cü il, Saat: 11:00

Mənbə: Elm və təhsil nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Hindistan kinosunun əfsanəvi filmi Bakıda böyük maraqla qarşılandı

Aynur Camal

“Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsinin artması üçün imkanlar genişdir”

Aynur Camal

Vüqar Bayramov: Birgə Bəyannamə Azərbaycan üçün yeni iqtisadi və investisiya imkanları yarada bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu