25 C
Baku
27 İyul 2024, 3:58
Mədəniyyət

Peşəkar fotoqraf olmaq üçün nələri bilməliyik?

Fotoqrafiya

Demək olar ki, hər birimiz foto çəkdirdikdən sonra, dərhal şəkildə necə görünməyimizi düşünürük. Fotosessiya həvəskarları bu mövzüda daha həssas olurlar. Bəs, peşəkar fotolara sahib olmaq üçün fotoqrafiya haqqında nələr bilirik?

Texnologiyanın inkişaf etdiyi dövrdə foto çəkmək demək olar ki, kər kəsin hobbisinə çevrilib. Bəs, peşəkar foto şəkillərə sahib olmaq üçün hansı yolları bilməliyik?

İnformasiya aləmində məlumatı daha dolğun çatdıran, insanlara emosional təsir edən sənətlərdən biri də fotoqrafiyadır. “Foto” sözü yunan dilində işıq, “qrafo” isə yazıram, çəkirəm mənasını ifadə edir.

Mövzu ilə bağlı fotoqraf İsmət Paşayev Bugun.tv-yə danışıb. O, bildirdi ki, müasir fotoqrafiyanin bədii, sənədli, mikro, texniki, peyzaj və s. kimi janrlarında  çəkiliş zamanı işıq şüaları önəmli nüanslardan biridir.

Şəkil çəkərkən vacib şərtlərdən biri də düzgün  işıq seçimidir. Eyni zamanda ayarlar düzgün olmalıdır. Əgər şəkli telefonla çəkiriksə, telefonlarda pro-rejim var, orada da izo, diaframma və pərdə sürəti ayarlanır. Daha çox burada rakurs bucaq düzgün seçilməlidir. Peşəkar fotoqraf olmaq üçün həvəs, fantaziya, fərqlilik axtarışı və düzgün rakurs seçmək bacarığı olmalıdır. Bu zaman daha gözəl və kreativ bir şəkil meydana əmələ gələcək.

Gözəl foto şəkillər çəkmək üçün rəng çalarlarının və uyğunluğunun da önəmli rolu var.

Fotoqraf deyir ki, street foto şəkillərdə ağlayan və yaxud  küçədə yağış altında islanmış bir qadını çəkiriksə, onun rəngləri, misal üçün şən, şux rənglər yox, daha çox dramatik rənglər olmalıdır ki, o qarşı tərəfə  sətiraltı mesaj ötürə bilsin. Bundan əlavə məkan seçimində geyim məsələsi çox önəmlidir. Əgər  dəniz kənarında foto çəkiriksə, həmin fona uyğun olaraq, daha çox ağ rənglərə üstünlük verilir. Rənglə arxa planın uyğunluğu çox önəmlidir.

Fotoqrafiyanın istənilən növlərində  açıq məkanlarda fotosessiyanı Günəş şüalarının düşmə bucaqları və kölgənin istiqamətinə görə qürüb çağında və səhər saatlarında etmək daha məqsədə uyğun hesab olunur.

İ.Paşayev deyir ki, müəyyən gün saatları var ki, həmin vaxtlar foto çəkimi üçün daha əlverişlidir. Misal üçün günün tam ortası- saat 12-14 aralığı  əlverişli hesab olunmur. Çünki gün tam təpədə olduğu üçün gözaltında kölgələr əmələ gəlir. Daha çox səhər saatlarında və yaxud günün aktiv şüaları öldükdən sonra çəkiliş etmək daha məqsədə uyğun sayılır.

Fotoqraf  deyir ki, professional foto şəkillər əldə etmək üçün şəkil çəkən cihazın meqapikseli ilə bərabər, obyektivinin böyüklüyünə də önəm verilməlidir.

Nigar Məmmədova

Oxşar xəbərlər

Azərbaycanlı yazıçı ABŞ-da qızıl medalla təltif olundu – FOTO

Nigar Məmmədova

Tanınmış türk aktyorunun ömrünə az qaldığı xəbəri yayıldı

Kəmalə Sultan

Tanınmış aktyor pəhrizlə 22 kilo arıqladı! Görənlər şok oldu! – FOTO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu