26 C
Baku
10 Sentyabr 2026, 14:24
Siyasət

Peskov: “Ukrayna ilə sülh üçün ilkin şərt yoxdur”

“Xüsusi hərbi əməliyyat davam edir. Bu vəziyyətdə sülhə keçid üçün heç bir ilkin şərt yoxdur. Buna görə də Rusiya xüsusi əməliyyatı davam etdirməklə öz vəzifə və məqsədlərinə nail olur”.

Bugun.tv xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.

O, həmçinin qeyd edib ki, Çin böyük və qüdrətli ölkədir. Qlobal gündəmdə duran problemlərə öz sözünü deməyə bilməz.

“Biz Pekindəki həmkarlarımızın irəli sürdükləri təkliflərə çox diqqətlə yanaşırıq”, – Kremlin sözçüsü bildirib.

Vladimir Putin və Çin lideri Si Cinpin arasındakı danışıqlarla bağlı suala isə belə cavab verib.

“İki lider müxtəlif səviyyələrdə ünsiyyəti davam etdirir və etibarlı dialoqdan çox məmnundurlar”.

Mənbə:TASS

Bugün TV

Oxşar xəbərlər

Kiyevdə ərzaq qıtlığı və qiymət artımı təhlükəsi artır

Aynur Camal

Tramp-Putin telefon danışığı Ukrayna ilə bağlı yeni planın işarəsidir – ekspert

Aynur Camal

Məhəmməd Əsədullazadə: İran sonu bilinməyən bir yola çıxıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu