21 C
Baku
11 Oktyabr 2024, 15:08
Baş xəbərDünya

Pesto sousunda bakteriya! 5 nəfər yaşamaq üçün mübarizə aparır

Parisdə bir festival üçün istehsal edilən yabanı sarımsaqlı pesto sousunda əmələ gələn botulizm bakteriyası 5 nəfərin həyat mübarizəsinə səbəb olub. Səlahiyyətlilər hələ də bazarda olan 600 bankaya xəbərdarlıq edib.

Parisin cənub-qərbində yerləşən İndre-et-Luara xəstəxanasına yerləşdirilən 5 nəfər pesto sousu səbəbindən sağ qalmaqda çətinlik çəkir. Reanimasiyada intubasiya edilən insanların yediyi pesto sousunda botulizm bakteriyasının əmələ gəldiyi anlaşıldı. Bildirilib ki, sinir sisteminə təsir edən və nəfəs darlığına səbəb olan botulizm bakteriyası nadir, lakin ağır xəstəliyə səbəb olur.

İndiyə qədər əldə edilən məlumatlara əsasən, səlahiyyətlilər infeksiyaların mənbəyinin yerli istehsal olan ‘O P’tits Oignons’ adlı pesto sousu olduğunu təsdiqləyiblər.

Bazarda hələ də 600 banka sous var. O, izah edib ki, sousların harada olduğunu müəyyən etmək üçün araşdırmalar aparılır. Səlahiyyətlilər ictimaiyyətə xəbərdarlıq edib:

“Eyni sousu alanlar onu atıb məhv etsinlər”.

BOTULİZM NƏDİR?

Botulizm Clostridium botulinum bakteriyasının istehsal etdiyi toksin nəticəsində yaranan zəhərlənmə növüdür. Buna ən çox evdə hazırlanmış konservləşdirilmiş məhsullar, düzgün sterilizasiya edilməmiş məhsullar səbəb olur.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

1992-1995-ci illər Soyqırımının tanınması tələb olunur

Aynur Camal

1788 uşaq ailələrinə verilib

Kəmalə Sultan

100 cinayətin üstü açıldı, 86 şübhəli saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu