Baş xəbər

“Pis oğlanlar: Sonacan” filminin nümayişi baş tutdu

Amburan Mall” ticarət mərkəzində (Bilgəh qəsəbəsi) yerləşən “CineMastercard” premium kinoteatrında yay mövsümünün açıq səma altında təntənəli açılışı və Amerika istehsalı olan “Pis oğlanlar: Sonacan” filminin premyeradan öncə nümayişi baş tutdu. Axırıncı hissə “Pis oğlanlar” franşizasının dördüncü hissəsi və “Pis oğlanlar: Əbədi” (2020) filminin davamıdır. Franşizanın ilk hissəsi 1995-ci ildə ekran üzü gördü. Bu müddət ərzində film döyüş komediyaları arasında klassik olmağı bacardı.

Detektiv partnyorların əsas rollarını yenə Uill Smit və Martin Lourens canlandırıblar.

Rejissorlar: Adil El Arbi, Bilal Fallah.

Film haqqında qısaca: Bir gün oğlanlar xəbərlərdə korrupsiyada və narkotik kartelləri ilə əlaqədə olduğu iddia edilən mərhum kapitan Konrad Hovarda qarşı ciddi ittiham eşidirlər. Ölümündən əvvəl çəkilmiş video bunun yalan olduğunu təsdiqləyir, və burada Hovard qatillərini tapmağa və ləkələnmiş şərəfini bərpa etməyə çağırır. Polislər keçmiş yoldaşın çağırışına cavab verməyə hazırdır, lakin bununla özlərini də təhlükəli vəziyyətə salırlar.

Premyeradan öncə nümayişə şou-biznes ulduzları, tanınmış jurnalistlər, blogerlər və iri təşkilatların sahibkarları dəvət olunub.

Rəqs qrupunun polis geyimində çıxışı və DJ-in parlaq işıq şousu gecəyə xüsusi əhval-ruhiyyə bəxş edib.

“CineMastercard” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır..

Bugün TV

Oxşar xəbərlər

Robotlar üçün qeyri-adi “uşaq bağçası” açıldı

Aynur Camal

Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatının 25 illik sammitinə ev sahibliyi edir

Aynur Camal

Kinorejissor Faiq Nağıyev ARKA-nın fəaliyyətindən narazıdır: “Nə vaxta qədər eyni adamlara vəsait ayrılacaq?”

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu