Digər

Plastik tullantılar təhlükə mənbəyidir

Hər gün plastik qablarda ən azından bir ədəd su alıb içirik. İçdikdən sonra isə qabı yaxınlıqdaklı zibil qutusuna atırıq. Beləliklə, ay ərzində milyonlarla plastik tullantı yaranır. Təəssüf ki, bu plastik kütlələr öz-özünə məhv olmadığından ekoloji çirklənməyə səbəb olur. Etiraf edək ki, əksəriyyətimiz bu gün də plastik qabları zibil qutusuna yox, küçələrə və ya su hövzələrinə atırıq. Bu da illərlə, hətta əsrlərlə əriməyən plastiklərin ətraf aləmi çirkləndirməsi ilə nəticələnir.

Bugun.tv xəbər verir ki, insan orqanizminə zərərli maddələrin 80 faizi plastik tullantılardan daxil olur. Onların sayını azaltmaq üçün dünya ölkələri tədbirlər görür. Məsələn, Almaniya uzun illərdir ki, plastik butulkaların təhvil verilməsi təcrübəsindən yararlanır. Yəni hansısa şirəni içdikdən sonra qabını geri qaytara bilirlər. Yolla gedərkən belə boş şüşə və ya plastik butulkaya rast gələn almanlar yan keçmirlər. Onu alış-veriş mərkəzinə təhvil verib, pulunu geri alırlar. Ona görə də bu ölkədə küçələrdə, parklarda plastik içki qablarına rast gəlinmir.

Belə ki, istifadə olunduqdan sonra boş butulkalar supermarketlərdə olan  aparata təhvil verilir. Deyək ki, 3 dənə. Bitdisə düymə basılır. Bunun hər biri 25 sent olaraq qəbul olunur. Əvəzində 75 sentlik qəbz verilir və bu qəbzdən sonra marketdə nəyisə almaq olar.

Ölkəmizdə isə təbiəti plastik tullantılardan mühafizə məqsədilə onların çeşidlənərək atılması istiqamətində maarifləndirmə işləri aparılır.

Bu barədə ATV-yə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Səyyarə Məmmədova blidirib. “Plastik tullantıların çeşidlənməsi üçün tullantı konteynerləri artıq şəhərin bir çox yerlərində var və davamlı olaraq, onların sayı artırılır. İctimai iaşə obyektlərində, ticarət mərkəzlərində, kinoteatrların önündə bu qutuların sayı gündən günə artırılmağa davam edir. Bundan başqa bir çox layihələr həyata keçirlir. Sevindirici haldır ki, ictimaiyyət tərəfindən çox pozitiv geridönüşlər olur. Onlar layihələrdə aktiv iştirak edirlər. Bu layihələrin  davamlı olmasını istəyənlər arasında gənclərin xüsusilə sayı günü gündən artmaqdadır”.

Səyyarə Məmmədovanın sözlərinə görə, plastik tullantıların ətrafa atılmaması, evlərdən çeşidləyərək düzgün qablaşdırılması təbiətimizi plastik kütlələrin zərərindən qurtara bilər.

Nigar Məmmədova

Oxşar xəbərlər

Növbəti iki həftə üçün hava haqqında məlumat

Aynur Camal

Hamilə və azyaşlı uşağı olan məhkumlara hansı güzəştlər var?

Bugün TV

BMT: “Qəzzada 570 mindən çox insan dəhşətli aclıqla üzləşib”

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu