25 C
Baku
27 İyul 2024, 6:58
Baş xəbər

Polis bayram günlərində gücləndirilmiş iş rejimində xidmətini davam etdirir – FOTOLAR

Bugun.tv xəbər verir ki, Novruz bayramı günlərində hava şəraitindən asılı olmayaraq daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.

Yol polisi gücləndirilmiş rejimdə
Yol polisi

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Novruz bayramı şənlikləri və digər kütləvi tədbirlər zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin icrasının yüksək səviyyədə və daha mütəşəkkil təmin edilməsi məqsədilə DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.
Kütləvi tədbirlərin, o cümlədən bayram şənliklərinin təşkil olunduğu, insanların sıx toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılıb, mühüm əhəmiyyətli obyektlərin mühafizəsi ciddi nəzarətdə saxlanılır.

yol polisi
Polis gücləndirilmiş rejimdə

Respublika ərazisində avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Dövlət Yol Polisi əməkdaşları tərəfindən profilaktik-maarifləndirmə tədbirləri keçirilir.

 

Kəmalə Sultan

Oxşar xəbərlər

Bakıda Azərbaycan və Almaniya XİN başçılarının geniş tərkibdə görüşü keçirildi

İntizar Əmirova

Astronavtlar ilə birlikdə AX-2 raketi kosmosa uçdu

Aynur Camal

5 mərtəbəli binada yanğın

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu