Image default
Hadisə

Polis nəzarətində ölən Mərakeş əsilli şəxsin ölümü etirazlara səbəb oldu

Bugun.tv xəbər verir ki, İtaliyanın Bolonya şəhərində polis tərəfindən saxlanılarkən həyatını itirən Mərakeş əsilli 42 yaşlı Əbdürrəhim Fakirin ölümü ölkə daxilində geniş etirazlara səbəb olub.

Məlumata görə, polis əməkdaşları hadisə yerinə aqressiv davranış və əmlaka ziyan vurulması barədə çağırış əsasında gəlib. Sosial şəbəkələrdə yayılan videogörüntülərdə Fakirin polis tərəfindən yerə sıxıldığı, kömək istədiyi və nəfəs almaqda çətinlik çəkdiyini dediyi görünür. Bir müddət sonra onun hərəkətsiz qaldığı bildirilir. Hadisə ABŞ-da Corc Floydun ölümü ilə müqayisə olunub.

Bolonyada keçirilən etiraz aksiyaları zamanı bəzi qruplarla polis arasında qarşıdurma yaşanıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, onlarla polis əməkdaşı xəsarət alıb. Etirazçıların bir hissəsi fişəng və müxtəlif əşyalar atıb, polis isə gözyaşardıcı qaz və su şırnağından istifadə edib.

İtaliyanın Baş naziri Corcia Meloni hadisənin bütün təfərrüatlarının qərəzsiz və hərtərəfli araşdırılmasının vacibliyini vurğulayıb. O, eyni zamanda zorakılıqla müşayiət olunan etirazları pisləyərək qanunun aliliyinə əməl edilməsinin vacib olduğunu bildirib. Prokurorluq hadisə ilə bağlı cinayət işi açıb və polis əməkdaşlarının bədən kameralarının görüntülərini araşdırır.

Bununla yanaşı, Mərakeş Xarici İşlər Nazirliyi də hadisədən narahatlığını ifadə edərək şəffaf və hərtərəfli araşdırma aparılmasına çağırıb.

Mənbə: CNN

Aynur Camal

Oxşar xəbərlər

İtaliyanın Siciliya adasında meşə yanğınları yaşayış məntəqələrini təhdid edir

Aynur Camal

Rekord istilər səbəbindən meyitxanalarda yer tapılmadı

Aynur Camal

Yeni Delhidə hökumət əleyhinə kütləvi etiraz: minlərlə insan parlamentə yürüş etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu