Hadisə

Polislər 41 saniyəyə 96 güllə atmaqla qatil oldular

Bugun.tv xəbər verir ki, ABŞ-da Çikaqonun Mülki Polis İdarəsi (COPA) martın 21-də West Garfield Park ərazisində baş verən ölümcül münaqişə ilə bağlı polisin görüntülərini paylaşıb.

Dörd polis məmuru ağ rəngli SUV tipli avtomobili mühasirəyə alaraq 26 yaşlı Ridə “qapını aç” deyə qışqırıblar, bundan sonra onlarla silah səsləri eşidilib. COPA-nın ilkin hesabatında Ridin silahından ilk atəş açdığı və daha sonra polisin cavab verdiyi bildirilsə də, ictimaiyyətə açıqlanan görüntülərdə bu aydın deyildi.

Xəstəxanaya aparılan Ridin öldüyü, bir polis əməkdaşının isə biləyindən yaralandığı bildirilib. Polis münaqişələrini araşdırmaq səlahiyyətinə malik olan COPA təşkilatı, şübhəli qaradərili gəncə 41 saniyə ərzində 96 güllə atan polis məmurlarının istintaq tamamlanana qədər vəzifələrindən uzaqlaşdırılmasını istəyib.

 

Teymur Əziz

Oxşar xəbərlər

Narkotik əməliyyatında 2 şübhəli həbs olundu

İntizar Əmirova

Ordumuzun mövqeləri Xocavənd, Füzuli, Tərtər və Ağdam rayonları istiqamətlərində atəşə tutulub – RƏSMİ

Nigar Məmmədova

Milli parkda baş verən yanğın söndürülüb

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu